Icma.az
close
up
RU
Tramp Ukraynadakı bu ərazilərə göz dikdi: Zelenskidən yeni tələb

Tramp Ukraynadakı bu ərazilərə göz dikdi: Zelenskidən yeni tələb

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ və Rusiya rəsmilərinin Səudiyyə Ərəbistanında 18 fevraldan etibarən Ukrayna ilə bağlı danışıqlara başlayacaqları gözlənilir. Hazırda bu danışıqların gündəmdə olduğu bir zamanda ABŞ Prezidenti Donald Trampın Ukraynadan istəyi müzakirələrə səbəb olub. 

Tramp sosial şəbəkə hesabında paylaşım edərək Vaşinqtonun Kiyevdən qiymətli nadir torpaq metallarını istədiyini bildirib. ABŞ prezidentinin bu paylaşımı bir növ Ağ Evin Ukraynadakı müharibəni dayandırmaq üçün Prezident Volodimir Zelenskidən tələbi olaraq qiymətləndirilir.

Ukraynada hansı qeyri-adi yeraltı sərvətlər var? Trampın istədiyi metallar ölkənin hansı ərazisində yerləşir?

Globalinfo.az Ukraynanın yeraltı sərvətləri haqda məlumatları təqdim edir:

Bu ölkənin təbii ehtiyatlarının ümumi dəyəri təxminən 15 trilyon dollara çatır ki, onun da 70 faizdən çoxu üç regionun payına düşür: Donetsk, Dnepropetrovsk və Luqansk.

“Forbes”in məlumatına görə, Ukraynanın təbii ehtiyatlarının ümumi dəyəri sonuncu dəfə 2005-ci ildə hesablanıb. O vaxt aşkar edilmiş ehtiyatlar dövlət sənədlərində 7-10 trilyon dollar qiymətləndirilirdisə, bu göstərici indi xeyli artıb.

Müharibənin başladığı gündən bu günə qədər Rusiya Ukraynanın 41 kömür yatağı, 27 təbii qaz yatağı, 14 propan yatağı, 9 neft yatağı, 6 dəmir filizi yatağı, iki titan filizi yatağı, iki sirkonium filizi sahəsi və bir uran və qızıl mədəni, habelə Ukraynada əvvəllər polad istehsalı üçün istifadə edilən iri əhəngdaşı karxanasını ələ keçirib.

Mütəxəssislərin hesablamalarına görə, Ukrayna kömür yataqlarının 63 faizini, neft yataqlarının 11 faizini, təbii qaz yataqlarının 20 faizini, metal yataqlarının 42 faizini və nadir torpaq mineral yataqlarının, o cümlədən litiumun 33 faizini itirib.

Lakin bu ölkə hələ də mineral ehtiyatları baxımından zəngindir:

1.Aşkar edilmiş uran filizi ehtiyatlarına görə Avropada 1-ci, titan filizi ehtiyatlarına görə 2-ci, dünyada isə 10-cu yeri tutur;

2. Aşkar edilmiş manqan filizi ehtiyatlarına görə dünyada 2-ci yeri tutur (2,3 milyard ton və ya dünya ehtiyatlarının 12%-i);

3. Dəmir filizi ehtiyatlarına görə dünyada 2-ci yeri tutur (30 milyard ton);

4.Civə filizi ehtiyatlarına görə Avropada 2-cidir;

5. Şist qaz ehtiyatlarına görə Avropada 3-cü, dünyada 13-cüdür (22 trilyon kubmetr);

6. Kömür ehtiyatlarına görə dünyada 7-ci yerdədir. (33,9 milyard ton).

Qeyd edək ki, bu informasiyalar müxtəlif mənbələrdən əldə edilib. Bu səbəbdən rəqəmlərdə müəyyən fərqlər ola bilər.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Fevral 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri