Zelenskidən ŞOK TƏLƏB
Manset saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-la mineral ehtiyatlar üzrə razılaşmanın məzmununun mətbuata sızdırılması ilə bağlı araşdırma başlatdığını açıqlayıb.
Manset.az xəbər verir ki, Ukrayna hökumətinin mənbələrinə istinadən "Financial Times" bildirir ki, Zelenski dövlət xidmətçilərini poliqraftestindən keçirməyi əmr edib.
Bu araşdırma, 26 martda millət vəkili Yaroslava Jelezniyak tərəfindən müqavilə layihəsinin yayılmasından sonra başladılıb.
Zelenski isə jurnalistlərə verdiyi açıqlamada bu sızmanın “qəribə” olduğunu qeyd edib və məlumatı kimlərin verdiyini öyrənmək istədiyini bildirib.
Ekspertlər hesab edirlər ki, bu hadisə, Ukraynanın ABŞ-la olan münasibətlərində yeni gərginliyə səbəb ola bilər.


