Tramp Ukraynadan elə şeylər istəyəcək ki... Böyük planlar qurulur
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“ABŞ Ukrayna nüvə stansiyalarına potensial nəzarəti ələ keçirmək istəyir”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) Ukrayna mənbələrinə istinadən məlumat yayıb.
“Tramp administrasiyası Ukraynanın əsas mineral və enerji aktivlərinə çıxış əldə etmək üçün yeni şərtlər irəli sürmək istəyir. Vaşinqton Kiyevdən ümumi investisiya fondu ilə bağlı təfərrüatlı dəqiqləşdirilmələrə razılıq verməsini istəyir. Potensial olaraq, bu, digər iqtisadi aktivlərin, o cümlədən Ukrayna nüvə stansiyalarının ABŞ-ın mülkiyyətinə keçməsini də əhatə edə bilər”, – qəzet yazır.
Bildirilir ki, Ukrayna rəsmiləri xüsusilə Vaşinqtonun Kiyevlə silah tədarükü və kəşfiyyat mübadiləsini dayandırmasından sonra daha geniş razılaşmada əlverişsiz şərtləri qəbul etmək məcburiyyətində qalacaqlarından qorxurlar:
“Tramp hələlik yeni şərtlər təqdim etməyib. Bununla belə, ABŞ tərəfi daha böyük razılaşma üzərində işləyir”.
Günay Rəsulqızı
Globalinfo.az
Baxış sayı:95
Bu xəbər 21 Mart 2025 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















