“Qarabağ”ın ən böyük DÜŞMƏNİ Şərhçi elə şeylər DANIŞDI Kİ...
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
“Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda Niderlandın “Tvente” klubunu qəbul edəcək.
Matç öncəsi futbol şərhçisi Natiq Muxtarlı gözləntilərini və komandanın şanslarını Bakıvaxtı.az-a qiymətləndirib.
N.Muxtarlı heyətdəki yenilənmələr səbəbindən “Qarabağ”ın mövsümün əvvəlində əvvəlki oyun keyfiyyətini göstərə bilmədiyini, lakin “Tvente” ilə səfər matçında zədəlilərin çoxluğuna baxmayaraq ideala yaxın oyun nümayiş etdirdiyini bildirib.
Şərhçi Bakıdakı cavab oyununun gərgin və çətin keçəcəyini vurğulayıb:
“Bu oyunda bir neçə çətinlik var. Birincisi, "Tvente" Bakıda daha çox qaçacaq və gərgin mübarizə aparacaq, bu da "Qarabağ"dan ikiqat artıq qüvvə tələb edir. İkinci və ən əsas amil isə "Qarabağ"ın bu gün əsas düşməninin Tofiq Bəhrəmov adına stadionun ot örtüyü olmasıdır. İki gün əvvəl orada "Sabah"ın 120 dəqiqəlik ağır oyunu keçirilib və meydança yaxşı vəziyyətdə deyil. Yaxşı ot örtüyündə texnikalı futbol oynamağa öyrəşən "Qarabağ" üçün bu, ciddi maneədir”.
Buna baxmayaraq, N.Muxtarlı Qurban Qurbanovun yetirmələrinin fərdi keyfiyyətinə və nizam-intizamına inandığını qeyd edib. O, “Qarabağ”ın bu görüşdə məğlub olmayacağını (heç-heçə, 1:1 və ya 0:0 bitə biləcəyini) və şanslardan istifadə edərək “Tvente” səddini keçəcəyini proqnozlaşdırıb.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 27 Avqust 2026 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















