Icma.az
close
up
RU
Tramp Ukraynanın düşdüyü xəndəyi dərinləşdirir

Tramp Ukraynanın düşdüyü xəndəyi dərinləşdirir

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün 28 maddəlik layihə təklifi Kiyevə təqdim olunub.

Maraqlıdır, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin 28 maddəlik sülh planını rədd edərsə, gərginlik artacaq?

Mövzu ilə bağlı "Cebheinfo.az" açıqlamasında politoloq Turab Rzayev bildirib ki, indi Zelenski çox çətin bir vəziyyətdədir:

"Belə ki, bir tərəfdən o, ya Rusiyanın, daha dəqiq desək, ABŞ-nin ortaya qoyduğu şərtlərlə razılaşmalıdır. Həmin şərtlərdə isə Rusiyanın məlum tələbləri ilə - ərazi güzəştlərinin tanınması, Ukrayna ordusunun sayının məhdudlaşdırılması, Ukraynanın NATO-ya üzv olmaması, Ukraynadakı rusların və rus dilinin statusu, eləcə də Rus Pravoslav Kilsəsinin hüquqi mövqeyi qəbul edilməlidir. 

Digər tərəfdən isə Ukrayna mübarizəni davam etdirməlidir. 

Amma bu halda Ukraynan ən böyük müttəfiqini itirəcək. Belə ki, müharibənin əvvəlindən bəri Ukraynaya ən böyük maliyyə, silah, kəşfiyyat və texnoloji dəstəyi məhz ABŞ göstərib. Əgər Vaşinqton bu sülh planını irəli sürübsə, deməli, Donald Tramp onu reallaşdırmaq niyyətindədir. 

Zelenski planı qəbul etməsə, sülhü istəməyən tərəf kimi Rusiya deyil, məhz Ukrayna və Zelenski göstərilə bilər. Bu isə Trampa şərait yaradacaq ki, Ukraynaya göstərdiyi yardımları kəssin".

Politoloq qeyd edib ki, Zelenski bu qərarı tək başına verməyəcək:

"O, Avropa ölkələri ilə məsləhətləşmələr aparacaq. Bu prosesdə Britaniya xüsusi rol oynayır. Bununla yanaşı, o, Fransa və Almaniyanın da fikirlərini öyrənməyə çalışacaq. Avropa İttifaqı isə ümumilikdə bir “yol xəritəsi” formalaşdırmağa cəhd edəcək.

Zelenski həm ABŞ-dən maliyyə dəstəyinin kəsilməməsi, həm Ukraynanın sülh istəməyən tərəf kimi görünməməsi, həm də Rusiyanın sərt şərtlərini qəbul etməmək üçün danışıqlarda iştirak etməyə məcburdur. Bütün bunları eyni anda balanslaşdırmaq isə olduqca çətindir.

Üstəlik, Zelenski indiyə qədər ritorikasında Rusiyaya hər hansı ərazi güzəşti, o cümlədən Krımın statusu ilə bağlı geri addım atmayacağını dəfələrlə bəyan etmişdi. İndi bu mövqedən uzaqlaşmaq onun həm seçiciləri, həm də Ukrayna cəmiyyəti qarşısında nüfuzuna zərər vuracaq.

Digər mühüm məqam isə belə bir sualın ortaya çıxmasıdır: İstanbul danışıqlarında Ukrayna nümayəndə heyəti Rusiya ilə razılığa gəlməyə yaxın olduğu halda, o zaman niyə Zelenski sülhü qəbul etmədi? Axı həmin dövrdə Ukraynanın itkiləri də indiki qədər böyük deyildi.

Bildirilir ki, Britaniyanın o zamankı baş naziri Boris Consonun israrı ilə Kiyev danışıqlardan geri çəkilmişdi. İndi isə Zelenski daha ağır şərtlərlə masa arxasına oturmağa məcbur olur və bu sual yenidən gündəmə gəlir. Düşünürəm ki, Zelenski artıq sülh danışıqları məsələsində məsuliyyəti qismən digər müttəfiqlərin reaksiyasına yönəltməyə çalışır. 

Məsələn, Avropa İttifaqı bu sülh planına müsbət yanaşmayıb və açıq-aşkar dəstək ifadə etməyib. Eyni zamanda, Zelenski danışıqlarda maksimum elə tələblər irəli sürməyə çalışır ki, Rusiya onları qəbul etməsin.

Bununla da o, həm Ukraynanın “sülhdən qaçan tərəf” kimi görünməsinin qarşısını almağa, həm də ABŞ-dən maliyyə dəstəyini davam etdirməyə çalışır".

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Açar sözlər: Tramp Ukrayna Turab Rzayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Noyabr 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see319

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see316

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see309

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see276

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see271

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see264

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see259

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see255

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see252

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see244

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see227

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see225

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see223

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see222

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see220

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see219

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see213

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see208

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri