Icma.az
close
up
RU
Ukrayna ümidini Avropaya bağlayıb Kreditlər və qrantlar artacaq

Ukrayna ümidini Avropaya bağlayıb Kreditlər və qrantlar artacaq

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukraynaya maliyyə dəstəyinin göstərilməsi məsələsi Qərb dövlətləri arasında fikir ayrılığına səbəb olub. ABŞ Prezidenti Donald Tramp Avropanın Ukraynaya verdiyi yardımları kredit kimi qiymətləndirir və Avropanın bu vəsaitləri geri aldığını iddia edir. Fransa prezidenti Emmanuel Makron isə bu yanaşma ilə razılaşmır və bildirir ki, Avropa İttifaqı Ukraynaya yalnız kredit deyil, həm də qrantlar və real maliyyə yardımları ayırır. 


Tramp açıq şəkildə Avropanı günahlandırır. Onun fikrincə, avropalılar Ukraynaya yardım yükünün çox hissəsini ABŞ-nin üzərinə qoyub və Amerika üçün lüzumsuz xərclər yaradıblar.


Sfera.az-a açıqlama verən politoloq Tural İsmayılovun fikrincə, Tramp administrasiyası bu cür davranmaqla Ukraynaya yardımların ciddi şəkildə məhdudlaşdırmaq istəyir:

“Trampın əsas narazılığı ondan ibarətdir ki, ABŞ Avropadan daha çox maliyyə və hərbi yardım ayırır, lakin bu yardımların müqabilində iqtisadi və ya siyasi üstünlük qazanmır. O, bu məsələdə Avropa İttifaqını daha praqmatik davranmaqda və öz iqtisadi maraqlarını qorumaqda ittiham edir. Fransa Prezidenti Emmanuel Makron isə Trampın bu iddialarını təkzib edərək bildirir ki, Avropa İttifaqının Ukraynaya ayırdığı vəsaitlər yalnız kreditlərdən ibarət deyil. O qeyd edir ki, Avropa yardımlarını borc, zəmanət və qrantlar şəklində həyata keçirir. Bu o deməkdir ki, Avropa ölkələri Ukraynaya qarşılıqsız pul ayırır və bu vəsaitlərin hamısı geri qaytarılmayacaq. Tramp hələ seçki kampaniyası dövründə ABŞ vətəndaşlarının vergilərindən formalaşan büdcənin xaricə, xüsusilə də Ukraynaya yardımlar üçün xərclənməsinə qarşı olduğunu bildirirdi. Bunun əvəzinə, Tramp ABŞ investorlarının Ukraynanın təbii sərvətlərindən istifadə etməsini əsas prioritet kimi görür. Onun əsas hədəfi Ukraynadakı faydalı qazıntı yataqlarının ABŞ şirkətləri tərəfindən istismarına nail olmaqdır. Bununla Tramp həm Ukraynanın indiyə qədər ABŞ-dan aldığı maliyyə vəsaitinin bir növ əvəzini qaytarmasını istəyir, həm də Rusiya ilə mümkün razılaşmalarda iqtisadi divident əldə etməyə çalışır''. 


T.İsmayılovun sözlərinə görə, Avropa İttifaqı ABŞ-dən fərqli olaraq Ukraynaya yardımları davam etdirməkdə maraqlıdır. “Avropa İttifaqı hesab edir ki, Ukraynaya davamlı yardımlar göstərməklə Rusiya iqtisadiyyatını zəiflətmək və Moskvanın beynəlxalq mövqelərinə ciddi zərbə vurmaq mümkündür. Buna görə də Avropa, ABŞ-dan fərqli olaraq, Ukraynaya hərbi və maliyyə dəstəyini davam etdirmək niyyətindədir. Lakin burada ən vacib məsələlərdən biri dondurulmuş Rusiya aktivlərinin taleyidir. Hazırda Avropada 230 milyard dollarlıq Rusiya aktivləri dondurulub. Bu vəsaitlərin Ukraynaya verilməsi ilə bağlı müzakirələr getsə də, Avropa liderləri anlayır ki, bu, Rusiyanın daha sərt reaksiyasına səbəb ola bilər və Moskva uzun müddət sülh danışıqlarına yaxın durmaya bilər”. 


O bildirib ki, Trampın yanaşması müəyyən mənada hüquqi baxımdan məntiqli görünsə də, onun siyasətinin reallaşması daha təhlükəli nəticələrə gətirib çıxaracaq: “Tramp hesab edir ki, Avropa İttifaqı Ukraynanın müharibə ritorikasını təşviq etməklə vəziyyəti daha da gərginləşdirir. Onun fikrincə, müharibənin davam etməsi Ukraynalı əsgərlərin ölməsinə, Rusiya və Ukraynanın resurslarının tükənməsinə və münaqişənin uzanmasına səbəb olur. O, Avropanı Ukraynanın hərbi eskalasiyasını dəstəkləməkdə ittiham edir. Bununla belə, nəzərə almaq lazımdır ki, dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsi Moskvanın Qərbə qarşı daha sərt addımlar atmasına gətirib çıxaracaq. Ona görə də indiki vəziyyətdə nə kredit, nə də birbaşa yardım formasında bu vəsaitlərin Ukraynaya tam şəkildə təhvil verilməsi real görünmür”. 


Müsahibin sözlərinə, Tramp və Avropa arasında Ukraynaya yardımlarla bağlı ciddi fikir ayrılıqları var və bu, münaqişənin gələcək perspektivlərinə təsir edə bilər. “Əgər Tramp Ukraynaya dəstəyini kəssə bu Avropanı daha böyük maliyyə yükü altına sala bilər. Eyni zamanda, Trampın ABŞ-ın Ukraynaya yardımları qarşılığında iqtisadi divident əldə etməyə çalışması müharibənin iqtisadi aspektini daha da qabarda bilər. Digər tərəfdən, Avropa İttifaqı Ukraynaya yardım göstərməyə davam etməklə Rusiyanın mövqelərini zəiflətmək istəyir. Bu isə müharibənin daha uzunmüddətli olmasına səbəb ola bilər. Ümumiyyətlə, yaxın gələcəkdə Trampın seçki nəticələri və Avropanın siyasəti Ukrayna məsələsinin hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirəcək”. 

Bəsti Rəfizadə
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://sfera.az
archiveBu xəbər 03 Mart 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri