Tramp ünvanına yönələn bir çox təhdidi ictimaiyyətə açıqlanmadığını deyib
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizimyol.info xəbər verir ki, Tramp bu barədə avqustun 11-də Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Mənə qarşı çoxlu təhdidlər var. Sizin bilmədiyiniz çoxsaylı təhdidlərə məruz qalıram”, - deyə bildirib.
ABŞ lideri iyulun əvvəlində ABŞ Məxfi Xidmətinin və hərbçilərin tövsiyəsi ilə Türkiyəni öz prezident təyyarəsində deyil, başqa təyyarədə gizli şəkildə tərk etməsinə də toxunub. Tramp həmin vaxt təhlükənin olduğunu düşündüyünü bildirib.
“Düşünürəm ki, təhlükə var idi. Bu barədə çox sual verməmişəm. Mənə qarşı çoxlu təhdidlər var”, – deyə Tramp qeyd edib.
“Düşünürəm ki, əslində mənim uçduğum təyyarə böyük təhlükə altında idi. Hesab edirəm ki, həmin təyyarənin hədəf seçilməsi ehtimalı daha yüksək idi”, - deyə o əlavə edib. Tramp bununla bağlı əlavə təfərrüat açıqlamayıb.
“Washington Post” qəzetinin avqustun 10-da yazdığına görə, Tramp iyulun 7-8-də Ankarada keçirilən NATO sammitindən sonra öz prezident təyyarəsinə minib. Lakin nəşrin məlumatına əsasən, bir neçə dəqiqə sonra o, gizli şəkildə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "C-32A" təyyarəsinə keçirilib.
Senatda bir neçə demokrat senator Vaşinqton administrasiyasından bu əməliyyatın təfərrüatlarını və onun həyata keçirilməsinin səbəblərini açıqlamağı tələb edib.
Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 12 Avqust 2026 08:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















