Icma.az
close
up
RU
Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə uzun sürən münaqişədən qaçmağa imkan verən, İrana qarşı sürətli hərbi senarilər hazırlamağı əmr edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Amerika rəsmilərinə istinadən "The Wall Street Journal” yazır.

"Rəsmi şəxslər bildiriblər ki, Tramp köməkçilərindən Yaxın Şərqdə uzunmüddətli müharibəyə səbəb olmayacaq sürətli və qətiyyətli hücum variantları hazırlamağı xahiş edib. Onlar qeyd ediblər ki, ideal variant rejimə elə bir güclü zərbə endirmək olardı ki, onun nüvə proqramı və dissidentlərin azad edilməsi ilə bağlı ABŞ-ın tələblərini qəbul etməkdən başqa seçimi qalmasın", - məqalədə deyilir.

WSJ-nin həmsöhbətinin verdiyi məlumata görə, Trampın komandası ehtimal olunan hərəkətlər arasında İran rejimi və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) obyektlərinin bir sıra "sərt bombardman edilməsini" nəzərdən keçirir. Digər, o qədər də radikal olmayan senari isə simvolik hədəflərə zərbələr endirilməsini nəzərdə tutur ki, bu da İranın Trampı qane edən sazişdən imtina edəcəyi təqdirdə eskalasiyanı davam etdirmək imkanı saxlayır.

Zəmin:

• İran rejimi hökumət əleyhinə etirazları qəddar şəkildə yatırarkən azı 16 500 nəfəri öldürüb, 330 mindən çox insanı yaralayıb. Kütləvi qətllər internet və telefon əlaqəsinin tamamilə kəsildiyi şəraitdə baş verir.

• Yanvarın 11-də Tramp İrana açıq şəkildə xəbərdarlıq edib ki, əgər ayətullah rejimi nümayişçilərə qarşı ölümcül zorakılığa əl atsa, ABŞ "müdaxilə edəcək" və etirazçılara azadlıq əldə etməkdə kömək edəcək.

• Yanvarın 28-də ABŞ Prezidenti Donald Tramp miqyaslı Amerika donanmasının İran sahillərinə yaxınlaşdığını bəyan edib və Tehranı böyük zərbə ilə təhdid edərək dərhal nüvə sazişi bağlamaq üçün danışıqlar masasına oturmağa çağırıb.

• Bir gün əvvəl məlum olub ki, "USS Abraham Lincoln" aviadaşıyıcısının başçılıq etdiyi ABŞ Hərbi Dəniz Qüvvələrinin zərbə qrupu Hind okeanı akvatoriyasına daxil olaraq ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına daxil olub.

• Daha əvvəl media xəbər vermişdi ki, Tramp Amerika kəşfiyyatından İrandakı rejimin 1979-cu il inqilabından bəri ən zəif mövqedə olması barədə çoxsaylı hesabatlar alıb.

• Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu yanvarın 29-da peyk görüntülərinə əsasən İsfahandakı nüvə obyektində tunellərin girişlərinin doldurulmasına başlandığını bildirib ki, bu da bombardmanlara hazırlıqdan xəbər verir.

• "The New York Times”ın məlumatına görə, Donald Trampa İranın nüvə obyektlərinə zərbələr və xüsusi təyinatlıların mümkün desant çıxarılmasını nəzərdə tutan bir sıra hərbi senarilər təqdim edilib. ABŞ prezidenti Tehrandan yeni nüvə sazişinin imzalanmasını tələb edir və miqyası 2025-ci ilin iyunundakı "Şimal çəkici" əməliyyatını ötəcək bir əməliyyatla təhdid edir.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:449
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 Fevral 2026 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri