WSJ: Tramp müharibəyə tez bir zamanda son qoymaq istəyir
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ prezidenti Donald Trampın yaxın ətrafına ABŞ, İsrail və İran arasında mümkün qarşıdurmanı qısa müddətdə başa çatdırmaq istədiyini bildirdiyi iddia olunur.
Turkustan.az xəbər verir ki, bu məqsədlə əvvəlcədən müzakirə edilmiş 4–6 həftəlik planın əsas götürüldüyü qeyd edilir.
Mənbələrin məlumatına görə, Tramp hazırda diqqətini daha çox ara seçkilər və qeyri-qanuni immiqrasiya kimi daxili məsələlərə yönəltmək istəyir və İranla bağlı gərginliyin bu fokusdan yayındırdığını düşünür.
Eyni zamanda, onun həm İsrailə, həm də İrana sözügedən plan çərçivəsində hərəkət etmələri ilə bağlı mesaj verdiyi bildirilir. Trampın yaxın həftələrdə vəziyyəti sürətlə sabitləşdirmək niyyətində olduğu vurğulanır.
Bundan əlavə, iddialara əsasən, o, mümkün razılaşma variantları arasında ABŞ-ın İran neftinin bir hissəsinə çıxış əldə etməsi məsələsini də müzakirəyə çıxarıb. Lakin bu ideya üzrə hələ konkret qərar verilməyib.
Ümumilikdə, mənbələr Trampın atacağı addımların əvvəlcədən dəqiq proqnozlaşdırılmasının çətin olduğunu bildirir.
Aytən Yaşar/ Turkustan.az
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 26 Mart 2026 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















