Tramp Vaşinqton və Karakas arasında eksklüziv neft tərəfdaşlığında israrlıdır
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Karakas arasında eksklüziv neft tərəfdaşlığında israr edir. O, Rusiya, Çin, Kuba və İranın Venesueladan çıxarılmasını tələb edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı mənbələrə istinadən məlumat verir.
Məlumata görə, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges neft hasilatının artırılmasına icazə almaq üçün tələblərlə razılaşmalı və tərəfdaşları ilə iqtisadi əlaqələri kəsməlidir.
Senator Rocer Uikerin telekanala izah etdiyi kimi, Venesuela hazırda neft hasil edə bilmir, çünki ABŞ-nin blokadası səbəbindən tankerlər limanlardan çıxa bilmir.
"Venesuela artıq neft hasil edə bilmir, çünki onu saxlayacağı və göndərəcəyi yeri yoxdur. Tankerlər doludur və yola düşməyi gözləyir", - deyə Uiker bildirib.
Bundan əlavə, Venesuela bundan sonra ağır xam neft satışında ABŞ-yə üstünlük verməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 07 Yanvar 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















