Karakas və Vaşinqton Venesuela neftinin ABŞ a ixracı ilə bağlı razılığa gəlib
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Karakas və Vaşinqton Venesuela neftinin ABŞ-a ixracı barədə ümumi dəyəri 2 milyard dollar olan razılaşma əldə ediblər.
APA xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasında açıqlama verib.
“Razılıq hissi ilə bildirirəm ki, Venesuelanın müvəqqəti hakimiyyəti ABŞ-a 30–50 milyon barel yüksək keyfiyyətli, istifadəsinə icazə verilmiş neft təqdim edəcək. Bu neft bazar qiymətləri ilə satılacaq və ABŞ prezidenti kimi mən bu vəsaitlərə nəzarət edəcəyəm ki, onların həm Venesuela, həm də ABŞ xalqının rifahı naminə istifadə olunsun”, – Tramp paylaşımında qeyd edib.
Öz növbəsində, “Reuters” agentliyi vurğulayır ki, bu razılaşma sayəsində Venesuelanın neft tədarüklərinin bir hissəsi Çindən ABŞ-a yönləndiriləcək və bu da ölkəyə neft hasilatını azaltmaqdan yayınmağa imkan verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 07 Yanvar 2026 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















