Icma.az
close
up
RU
Tramp vaxt qoydu, Moskva təhlükəli silahı aktivləşdirdi Çerniqovdan üç mesaj

Tramp vaxt qoydu, Moskva təhlükəli silahı aktivləşdirdi Çerniqovdan üç mesaj

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Rusiya Hərbi Kosmik Qüvvələri Ukraynanın Çerniqov vilayətinə “İsgəndər-M” raketləri ilə zərbələr endirib. Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Zərbələr, ABŞ Prezidenti Donald Trampın müharibənin dayandırılması üçün Moskvaya verdiyi qısa möhlət fonunda həyata keçirilib. Lakin Ağ Evin bəyanatlarına rəğmən, Kreml hücumları daha da intensivləşdirir.

Bəs bu vəziyyət nə ilə bağlıdır? Rusiya necə bir mesaj verir və ümumi proses hansı istiqamətə yönəlir?

Globalinfo.az-a danışan politoloq Elçin Abdullayev bildirib ki, Rusiyanın Ukraynanın Çerniqov vilayətinə endirdiyi raket zərbələri bir neçə mühüm mesajın verilməsi kimi qiymətləndirilməlidir:

“Birincisi, bu hücumda istifadə olunan “İsgəndər-M” tipli raketlər yüksək dəqiqliklə strateji hədəfləri məhv edən silahlardır. Moskva məhz bu cür raketlərdən istifadə etməklə Ukraynaya və Qərbə açıq mesaj verir: “Regionda hələ də güc sahibiyik və heç bir təzyiqə, sanksiyalara baxmayaraq istədiyimizi edə bilərik. Biz əsas oyunçuyuq”.

İkincisi, Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə 50 gün vaxt verməsi və daha sonra bu müddəti azaltması ilə bağlı açıqlamaları fonunda Rusiya daha sərt mövqe sərgiləməyə başlayıb və Ukraynaya zərbələrin intensivliyini artırıb.


Elçin Abdullayev

Üçüncüsü, Rusiya rəsmiləri anlayırlar ki, Ukrayna meydanında təkdirlər. Bu səbəbdən “öz göbəyimizi özümüz kəsməliyik” prinsipindən çıxış edərək, Kiyevi daha güclü və ardıcıl zərbələrlə tezliklə təslim olmağa məcbur etməyə çalışırlar.

Lakin bu prosesin qısa müddətdə başa çatacağını düşünmürəm. Putinin hücumları intensivləşdirməkdə əsas məqsədi Qərbin Ukraynaya olan dəstəyini zəiflətmək və yardım xəttini kəsməkdir. Nəticə etibarilə, artan hücumlar ya döyüş meydanında qələbəyə aparan yolu açmaq, ya da Ukrayna və Qərbi Rusiyanın diktə etdiyi reallıqlarla üz-üzə qoymaq məqsədi daşıyır”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 İyul 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri