Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İran üçün üç təhlükəli ssenari: Tramp hansı variantı seçəcək?

İran üçün üç təhlükəli ssenari: Tramp hansı variantı seçəcək?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp rejimin etirazçıları öldürməsinə görə cəza olaraq İrana zərbə endirməyə meyillidir.

Lakin bu, onun son qərarı deyil və digər variantlar da nəzərdən keçirilir.

“Cebheinfo.az”-ın məlumatına görə, “Axios” nəşri belə yazır.
Nəşr Ağ Evdəki mənbəyinə istinadən qeyd edir ki, Tramp etirazçılar öldürüləcəyi təqdirdə, İran rejiminə zərbə endirəcəyi ilə hədələsə də, Amerika bombalarının Tehranda vəziyyəti dəyişə biləcəyi hələ də aydın deyil. 

Trampın yanvarın 13-də axşam milli təhlükəsizlik komandası ilə görüşdə variantları müzakirə edəcəyi gözlənilir.  Qeyd edək ki, ABŞ rəhbərliyinin İrana zərbə endirib-endirməmək barədə qərarı həmin iclasda veriləcək. Əldə olunan məlumatlar İrana havadan zərbə ehtimalının yüksək olduğunu göstərir.

Yanvarın 12-i axşam saatlarında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Poseidon-8A” hərbi təyyarələrin Fars körfəzi və Hörmüz boğazı üzərində kəşfiyyat uçuşları keçirməsi hücuma hazırlığın əlaməti hesab edilir.

Artıq ABŞ İranda olan vətəndaşlarına quru yolu ilə  Ermənistana və Türkiyəyə keçmək üçün müraciət edib. Bütün bunlar Tramp administrasiyasının hərbi əməliyyatlara hazırlıq planının tərkib hissəsi ola bilər. 

“New York Times” xəbər verir ki, Prezident Tramp İranla bağlı diplomatik variantları araşdırmaqla yanaşı, bu ölkəyə zərbə endirmək ehtimalını qiymətləndirir.

Qəzetin məlumatına görə, Pentaqon Trampa əvvəlkilərdən daha geniş zərbə variantları təqdim edir. Mümkün hədəflər sırasında İranın nüvə proqramı və ballistik raket qurğuları var. 

Lakin nəşrin mənbəyinə görə, daha çox ehtimal olunan variantlara kiberhücum və ya etirazçılara qarşı güc tətbiq edən İranın daxili təhlükəsizlik aparatına zərbələr daxildir. “İstənilən hücum ən azı bir neçə gün sonra baş verəcək və İrandan güclü reaksiyaya səbəb ola bilər. Trampın çərşənbə axşamı mümkün variantlar barədə ətraflı məlumat alması gözlənilir”. - deyə adıçəkilən qəzet yazır.

Qeyd edək ki, Prezident Tramp bundan əvvəl sosial mediada ABŞ-ın İranla ticarət edən ölkələrə ABŞ-la hər hansı və bütün biznesə 25 faiz tarif tətbiq edəcəyini açıqlamışdı. Qeyd olunur ki, Hindistan, Türkiyə və Yaxın Şərq ölkələri, eləcə də İran neftinin ən böyük alıcısı olan Çin hədəfə alına bilər.

İran rejiminin ABŞ ilə mümkün danışıqlara işarə edən son diplomatik manevrlərinə gəldikdə, iki mənbə İranın həqiqətən diplomatiya ilə məşğul olmaq əvəzinə, vaxt qazanmağa və Amerika hücumunu təxirə salmağa çalışdığını bildirir.

Bütün bu məlumatlar Tramp administrasiyasının İranla bağlı hazırda üç varinatı nəzərdən keçirdiyini göstərir. Diplomatik varianta dedikdə, ABŞ daxili etirazlar və xaricdən zərbə təhdidləri fonunda İran rejiminin nüvə proqramından imtinaya və ballistik raket istehsalını dayandırmağa razı salacağına ümid edir.

Yəni Vaşinqtonun şərtləri aydındır və nüvə proqramını dayandıraraq 400 kiloqram zənginləşdirilmiş uran ehtiyatını ABŞ-nin nəzarətinə verməyi tələb edir. Eyni zamanda, ABŞ orta və uzaqmənzilli raket istehsalını ləğv etməyi və əlində olan raketləri ABŞ-yə təhfil verməyi əsas şərtlərdən biri kimi irəli sürür.

Bu baxımdan, Trampın zərbə endirmək qərarı ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof və İranın xarici işlər naziri Abbas Əraqçi arasında aparılan qapalı danışıqların nəticəsindən asılı olacaq. Çox güman ki, diplomatik diplomatik variant kimi məhz bu nəzərdə tutulur.

Lakin İran rejiminin Trampın şərtlərini qəbul edəcəyi inandırıcı görünmür. Sadəcə olaraq, rəsmi Tehranın danışıqlara getməsi diplomatik manevrdir və vaxt qazanmağa hesablanıb. Yəni İran ABŞ ilə müzakirələrə açıq olduğu barədə görüntü yaratmaqla hərbi müdaxilənin qarşısını almağa və xarici təzyiqləri neytrallaşdırmağa çalışır.

Digər tərəfdən, İran rejimi danışıqlara getməklə etirazçıların xarici aləmlə əlaqəsini kəsməyə, ABŞ-nin diqqəti diplomatik varianta yönəldiyi bir vaxtda daxildə aksiyaları güc yolu ilə yatırmağa hesablanıb.

Paralel olaraq, İran tərəfinin danışıqlar barədə açıqlaması etirazçılar arasında ABŞ-a inamsızlıq yaratmaq, rejimin Trampla siyasi bazarlıq içərisində olduğuna dair rəy formalaşdırmaq məqsədi daşıyır.

Ona görə də diplomatik variantın nəticəsiz başa çatması İrana qarşı hərbi müdaxilə variantının üzərində dayanılacağını deməyə əsas verir. Trampın İranla ticarət edən, xüsusilə də ucuz neft alan ölkələri 25 faizlik tariflələrlə təhdid etməsi hazırkı mərhələdə ABŞ-nin təzyiq variantı kimi sanksiyalara üstünlük verdiyini göstərir.  

Bunlarla yanaşı, hərbi zərbələrlə bağlı qərar verilməsi ehtimalı daha çoxdur. Artıq İrana hücum üçün legitim əsaslar formalaşıb. Dinc etirazçıların kütləvi şəkildə öldürülməsi ABŞ-nin İranın təhlküəsizlik strukturlarını, xüsusilə aksiyalarda qətliyam törədən İslam İnqilabı Keşikçiləri Korpusunun və onun yarımhərbi qanadı olan “BƏSİC”in qərargahlarını, rəhbərliyini və hərbi bazalarını hədəfə almaq üçün əsas yaradır.

Bu məsələdə fikir ayrılığı müşahidə olunmur və Ağ Ev, Pentaqon və Konqresin mövqeyi üst-üstə düşür. Trampın hərbi əməliyyatlardan imtina etməsi İran rejimi əleyhdarları arasında ABŞ-yə inamsızlığın yaranmasına bilər ki, bu da teokratik sistemin mövqeyinin həm ölkə daxilində, həm də regionda güclənməsinə gətirib çıxaracaq.

ABŞ-nin İrana müdaxiləsini zəruri edən digər səbəb Fars körfəzi regionundakı geostrateji əhəmiyyətə malik maraqları ilə bağlıdır. Yəni İranda baş verən proseslər məsələnin görünən tərəfidir. ABŞ-nin məqsədi Venesueladan sonra ucuz İran neftinin alıcısı olan Çinin bölgədəki iqtisadi fəaliyyətinin qarşısını almadır. 

Tramp administrasiyası Venesuelada hakimiyyət dəyişikliyinə nail olmaqla Çin şirkətləri üçün ciddi problem yaradıb. Eyni zamanda, Rusiyadan dünya bazarından ucuz qiymətə neft alan ölkələrə sanksiyaların tətbiqi ilə bağlı qanun imzalayıb.

Növbəti hədəf isə İrandır. Çin İran neftinin ən böyük alıcısıdır. İranda rejim devrilərsə, ABŞ şirkətləri 1979-cu ildən bəri ilk dəfə İrana qayıtmaq imkanı qazana bilər. Bununla da Tramp Çin iqtisadiyyatı üçün böhranlı vəziyyət yaratmaq istəyir.

Ona görə də ABŞ-nin İrana zərbə endirmək ehtimalı yüksəkdir. Bu məsələdə hələlik müşahidəçi mövqeyi tutan İsrail isə Trampın qərarını gözləyir. ABŞ hərbi zərbələrdən imtina edəcəyi təqdirdə, çox güman ki, 2025-ci ilin iyun ayında olduğu kimi İsrail İrana qarşı növbəti müharibəyə başlayacaq. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

 

Açar sözlər: İran Tramp

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:321
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Yanvar 2026 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see722

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see412

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see280

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see279

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see263

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see261

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see258

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see246

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see240

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see227

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see222

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see221

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see219

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see219

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see218

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see214

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see205

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see197

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri