Icma.az
close
up
RU
Tramp və Putin birbirini düzgün qiymətləndirmirlər, bu, Ukrayna üçün riskdir “Independent”

Tramp və Putin birbirini düzgün qiymətləndirmirlər, bu, Ukrayna üçün riskdir “Independent”

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Donald Tramp və Vladimir Putin bir-birini ciddi şəkildə aşağı qiymətləndirirlər və bu, Ukrayna üçün böyük miqyaslı risklər yaradır.

Bizimyol.info xəbər verir ki, Britaniya kəşfiyyatının keçmiş rəhbəri ser Aleks Yanqer bu barədə “The Independent”ə verdiyi şərhdə bildirib və onun fikirləri bəzi keçmiş diplomatlar tərəfindən təsdiqlənib.

“Mən belə düşünürəm ki, Tramp Putini torpaq mübadiləsinə məcbur etmək qabiliyyətini həddən artıq qiymətləndirir, Putin isə qalib gələcəyini hiss edərək daha çox şey istəyir və verdiyi dəhşətli qurbanlara haqq qazandırmaq üçün rus xalqına daha çox üstün olduğunu göstərmək istəyir. Tramp qaşısındakı şəxsi özündən zəif hesab edir və öz təsirinin həddən artıq olacağını düşünür”, - deyə Yanqer bildirib.

2016-2020-ci illərdə Moskvada Böyük Britaniyanın keçmiş səfiri olmuş ser Laurye Bristov deyir ki, Tramp Putinə təsir etmək qabiliyyətinə görə həddən artıq təkəbbürlüdür və Putində kiminlə iş gördüyünü başa düşmür.

"Bununla belə, Putin yəqin ki, ABŞ-ın yeni prezidentinə təzyiq etmək ümidi ilə Trampın xarakterini düzgün qiymətləndirmir", - deyə Aleks Yanqer bildirib. O bildirib ki, Co Bayden Rusiyadan gələcək təhdidlərlə bağlı çox ehtiyatlı olsa da, Tramp gücdən istifadəyə daha açıqdır.

“Trampın xoşlamadığı bir şey insanların ondan istifadə etməsi və ya ona xəyanət etməyə çalışmasıdır. Düşünürəm ki, bu, Putinlə münasibətdə real amilə çevriləcək”, - deyə 2017-2019-cu illərdə ABŞ-ın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volkeri əlavə edib.

Volker hesab edir ki, Tramp Moskvanın hər hansı yeni hücumda uğur qazanmasının qarşısını alacaq Ukrayna üçün təhlükəsizlik zəmanəti verəcək.

Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba Trampın Ukraynadakı müharibəni dayandıra biləcəyinə şübhə edir. O, xəbərdarlıq edib ki, nə Kiyev, nə də Moskva əhəmiyyətli güzəştlərə getməyə hazır deyil və Trampın Ukraynanı silahsız tərk etmək cəhdi vəziyyəti daha da pisləşdirəcək.

Lakin Almaniya kansleri Olaf Şolz əmindir ki, Tramp Ukraynadakı müharibə ilə bağlı ona verilən qiymətdən daha mürəkkəb mövqeyə malikdir. Almaniya lideri Trampın Putinlə pərdəarxası razılaşmalarla razılaşacağına inanmır.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Noyabr 2024 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri