Icma.az
close
up
RU
Tramp və Putin birbirini yaxşı tanımır, bu, Ukrayna üçün risklidir The İndependent

Tramp və Putin birbirini yaxşı tanımır, bu, Ukrayna üçün risklidir The İndependent

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

"Putin Trampın Bayden kimi qorxaq olmadığını, Tramp isə Putinin Ukraynanı məhv etmək niyyətində qətiyyətli olduğunu anlamır..."

Donald Tramp və Vladimir Putin bir-birini lazımınca dəyərləndirmir, bu da Ukrayna üçün böyük risklər deməkdir.

Moderator.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının sabiq rəhbəri Aleks Yanger "The İndependent" nəşrinə danışıb.

"Düşünürəm ki, Tramp Putini torpaqlar mübadiləsinə vadar etməkdə özünün imkanlarını şişirdir. Putin qalib gəldiyini hiss edəndə daha çoxunu istəyir, o zaman o, törətdiyi qurbanlara haqq qazandırmaq üçün öz xalqına daha çoxunu göstərməlidir. Tramp təhlükəni lazımınca dəyərləndirmir və öz təsir imkanlarını şişirdir", - Yanger deyib.

Böyük Britaniyanın Moskvada 2016-2020-ci illərdə səfiri olmuş Lori Bristoy deyir ki, Tramp Putinə təsir imkanlarında həddən artıq təkəbbürlüdür və əslində Putinin simasında kiminlə üzləşdiyini anlamır.

Lakin, görünür, Putin də Trampın xarakterini düzgün dəyərləndirmir və ABŞ-ın yeni prezidentinə təsir göstərəcəyinə ümid edir, Aleks Yanger deyib. Əgər Co Bayden Rusiya tərəfindən ehtimal edilən təhlükələrlə bağlı çox ehtiyatla davranıbsa, Tramp, Yangerin fikrincə, gücdən istifadə edilməsinə daha açıqdır.

"Trampın xoşuna gəlməyən ondan istifadə edilməsi və ya ona xəyanət etməyə göstərilən cəhddir. Düşünürəm ki, bu, Putinlə ünsiyyətdə gerçək amil olacaq", - bunu 2017-2019-cu illərdə ABŞ-ın Ukrayna məsələləri üzrə sabiq xüsusi elçisi Kurt Volker əlavə edib.

Volker hesab edir ki, Tramp Ukrayna üçün təhlükəsizlik zəmanətlərini təmin edəcək ki, Moskva istənilən yeni hücumunda üğur qazanmasın.

Ukraynada müharibənin sona çatması perspektivləri

Xəbər verildiyi kimi, Ukrayna XİN sabiq rəhbəri Dmitri Kuleba Trampın Ukraynada müharibəni dayandırmağa nail olacağına şübhə ilə yanaşır.

O, xəbərdarlıq edib ki, nə Kiyev, nə də Moskva əhəmiyyətli güzəştlərə hazır deyil, Trampın Ukraynanı silahsız qoymaq cəhdi isə vəziyyəti yalnız pisləşdirəcək.

Almaniya kansleri Olaf Şolts isə əmindir ki, Tramp Ukraynada müharibə ilə bağlı düşünüldüyündən daha incə mövqeyə malikdir. O, Trampın Putinlə pərdəarxası razılaşmalara gedəcəyinə inanmır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Noyabr 2024 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri