Icma.az
close
up
RU
Tramp və Putinin üz ifadələri nəyi ifadə edirdi? Siyasi ekspert a şərh etdi

Tramp və Putinin üz ifadələri nəyi ifadə edirdi? Siyasi ekspert a şərh etdi

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Trampın seçki kampaniyası zamanı və hakimiyyətə gəldikdən sonra ən mühüm hədəfi Ukraynada atəşkəsə nail olmaq idi. Bununla belə, altı aydan çox vaxt keçməsinə baxmayaraq, Rusiya və ABŞ bəzən gərgin anlar yaşayırlar".

Bu sözləri Oxu.Az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli siyasi tədqiqatçı Hasan Oktay deyib.

Siyasi ekspert vurğulayıb ki, hər iki tərəf öz gücünü hərəkətləri, davranışları ilə nümayiş etdirməyə meyillidir:

"Əvvəllər Donald Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini və Ukrayna məsələsində tədbir görmək üçün qarşı tərəfə 50 günlük möhlət verəcəyini demişdi, lakin sonradan bu müddəti 12 günə endirdi.

Həmin müddətdə Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvaya səfər edib. Tramp Azərbaycan Prezidentini və Ermənistanın baş nazirini Vaşinqtona dəvət edib. Ağ Evdə mühüm sənədlər imzalanıb. Bununla belə, ən mühüm məsələ Ukraynadır.

Sammitdən əvvəl Donald Tramp Avropa ölkələri ilə onlayn görüş keçirib. Volodimir Zelenskinin Ukraynanın gələcəyi ilə bağlı ciddi narahatlığı var. Hər iki tərəf Alyaskada keçirilən sammitə mümkün qədər hazırlaşmağa çalışıb.

Sergey Lavrov geydiyi köynəklə subliminal mesaj verir. Eyni zamanda, Putinin döyüş təyyarələrinin kölgəsi altında qarşılanması müharibə riskinin mövcud olduğuna dair əhəmiyyətli siqnal idi.

Sammit yeri kimi Alyaskanın seçilməsi də təsadüfi deyil, bu, Trampın Putindən üstünlüyünü nümayiş etdirmək üçün atılan addım idi. Üstəlik, "B-2" bombardmançılarının havada görünməsi Trampın Putindən üstünlüyünün növbəti göstəricisi idi.

Buna baxmayaraq, Putin isti mesaj verdi, gülümsədi və Trampın hərəkətlərinə psixoloji etibarını nümayiş etdirməyə çalışdı.

Ümumiyyətlə, hər iki lider təbii olaraq gərgindi və rahatlıqlarını jestlər və üz ifadələri ilə nümayiş etdirməyə çalışırdı.

Görüşdən əvvəl paylaşılan fotolarda hər iki tərəf mükəmməl bədən dili nümayiş etdirərək bu görüşə komanda olaraq yaxşı hazırlaşdıqlarını nümayiş etdirib. Təbii ki, görüşdən sonra səsləndiriləcək bəyanatlar və digər məsələlər əldə olunan qənaətləri daha aydın göstərəcək".

Söhrab İsmayıl

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Avqust 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see371

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see353

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see322

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see303

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see282

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see272

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see265

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see255

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see250

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see239

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see239

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see238

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see236

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see235

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see226

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see214

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see210

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see205

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri