Icma.az
close
up
RU
Putinin aqressiv davranışlarının səbəbkarı Tramp deyil ŞƏRH

Putinin aqressiv davranışlarının səbəbkarı Tramp deyil ŞƏRH

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

"2008-2024-cü illər arası Rusiyanın, Putinin aqressiv davranışlarının, güclənməsinin, sağa-sola saldırmasının günahkarı Tramp deyil. Bunu bir kənara yazmadan, məsələnin kökünü başa düşmədən, bu gün baş verənlərin məğzini anlamaq mümkün deyil". 

Ölkə.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli deyib.

"Son 16 ilin 12 ili dünyada Demokratik Partiyanın dövrü idi, sol-qlobalist-psevdo-liberal “ideologiyanın” dominant olduğu illər yaşadıq. Onlar tək ABŞ-də deyil, Avropada, dünyanın bir çox ölkələrində də hakimi-mütləq idilər, hər yerdə öz Avroatlantik “elitasını” yaradıb hakimiyyətə düzmüşdülər. Hətta Rusiyada belə məhz onlar hakimiyyətdədirlər.  

Tramp ilk dövründə tamamən “axsaq ördək” idi – komandası, ideologiyası, planı-proqramı yox idi, çünki, bəlkə özü belə seçkiləri udacağına inanmırdı. 

2020-2024-cü illərdə Tramp komanda yığdı, komandasının ideologi tezisləri, təməli yarandı, indi onların inandığı missiya var – hətta, maraqlı rol bölgüsü də açıq görünür. Bu rol bölgüsü gələcəyə, yaxın 10-12 ilə hesablanıb, möhkəm təmələ otuzdurulub. 

Tramp pul, gəlir, dollar, borc, taariflər haqqında danışır – bu dili və üslubu sadə, orta statistik amerikalı çox sevir və tez anlayır. O deyir ki, sizin vergilərinizi oğurlayırlar, səhv xərcləyirlər, ABŞ-ı hamı “qazlayır”, mən indi bunun qarşısını kəsəcəm. Bu, rol bölgüsüdür, Trampın dili dünya üçün qırıcı, incidici, hətta ikrah doğurandır, amma orta statistik amerikalı üçün çim yağdır. Vitse-prezident Ceyms Vens isə dəyərlər, prinsiplər, ideoloji təməllər haqqında danışır, çünki ideologi təməl, hekayə quruculuğu olmadan missiyanı həyata keçirmək olmur. Vens Avropa və Dünya ilə inandığı dəyərləri təbliğ edir, çox açıq danışır, bu isə o deməkdir ki, Respublikaçılar artıq 2028-ci ildə namizədlərinin kim olacağını müəyyən ediblər". 

Ekspertin fikrincə, Tramp və komandası anlayır ki, tək Vaşinqton “dərin dövləti”ni məhv etməklə iş bitmir, paralel olaraq Kanada və Avropada da “pvesdo-liberal solçuluğ”u ciddi zəiflətmək lazımdır:

"Qlobalist sistemin bütün ayaqlarına hücum məhz bundan qaynaqlanır. Əgər bacarsalar, son 15-20 ildə qurulan “psevdo-libaral” sistemi çökdürə bilsələr, dünya yaxın 10-12 ildə “sağa” dönəcək, “sağalacaq”. Amma, 10-12 ildə “sağ” da çaşaçaq, təhlükəli hala gələcək, sonra yenidən “siyasi kəfkir” işə düşüb “sola”, amma əsl ideoloji sola doğru hərəkət başlayacaq. 

Məsələlər “Marian” çökəkliyindən də dərindir, bunu, “Tramp pulgirdir, ABŞ Ukraynanı satdı və s.”, kimi primitiv yanaşmalarla anlamaq mümkün deyil. Rusiyanı, Putini qudurdanlar Trampın komandası deyil, amma onları tərifləyə-tərifləyə masaya çəkib qalib gələ biləcək komanda isə, məhz Trampın komandasıdır. 

3 ildir Ukrayna müharibə aparır, özü də, hərbi yolla qalib gəlməsi mümkün olmayan müharibə aparır, qəhramanlıq göstərir, amma bu 3 ildə Bayden və komandasının Ukraynanın başına açdığı oyunları görmədən, anlamadan, cəmi 30 gündür prezident olan Trampı bütün problemlərdə günahlandırmaq, məntiqli gəlmir. Əgər Rusiyanı hərbi yolla məğlub etmək mümkün deyilsə, deməli başqa yollar axtarmaq lazımdır. İndi həmin yollar axtarılır, bunun üçün Putinin “eqosunu sığallayan” açıqlamalar verilirsə, deməli damarını tutublar, oyuna çəkirlər".

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 Fevral 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri