Tramp və Yaponiyanın baş naziri Ağ Evdə görüşdü
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp və Yaponiya baş naziri Şiqeru İşiba Ağ Evdə görüş keçirib.
Bakıvaxtı.az bu barədə xarici mediaya istimadla xəbər verir.
Məlumata görə, liderlərin ABŞ-Yaponiya təhlükəsizlik və müdafiə əməkdaşlığını gücləndirmək istəyini ifadə etdikləri və bu ittifaqın Hind-Sakit okean regionunda sülh və sabitlik üçün əsas dayaqlardan biri olduğunu vurğuladıqları bildirilib.
Həmçinin, ABŞ-Yaponiya Təhlükəsizlik anlaşmasının 5-ci maddəsinin Senkaku adalarına da şamil edildiyi təsdiqlənib və adaların statusunu dəyişdirməyə yönəlmiş istənilən cəhdlərə qarşı çıxıldığı vurğulanıb.
Liderlər həmçinin, şimali Koreyanın nüvəsizləşdirilməsinə sadiqliklərini təsdiqləyib, şimali Koreyanın kiber hücumları və Rusiya ilə artan hərbi əməkdaşlığından narahatlıqlarını ifadə edib, ABŞ-Yaponiya-Cənubi Koreya üçtərəfli tərəfdaşlığının bölgədəki təhlükəsizlik üçün vacibliyini vurğulayıb.
Nuriyyə Musayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 08 Fevral 2025 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















