Tramp xarici yardım xərclərini 2,5 milyard dollar azaldacaq
Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.
ABŞ prezidenti Donald Tramp əvvəllər ayrılmış “fövqəladə büdcə xərcləri”ni təxminən 3 milyard dollar azaldacaq ki, bunun da 2,5 milyard dolları xarici yardım üçün nəzərdə tutulub.
Bu barədə "Semafor" portalı Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Tramp ABŞ-nin keçmiş prezidenti Co Bayden administrasiyası tərəfindən qəbul edilən 2023-cü il üçün borcların artırılması qanun layihəsi çərçivəsində ayrılan təcili maliyyə vəsaitinin həcmini azaldacaq.
Portal yazır ki, Trampın ixtisar etməyi planlaşdırdığı təxminən 2,5 milyard dollar xaricə yardım, o cümlədən miqrasiya və qaçqınlarla məşğul olan QHT-lərə dəstək, Moldova və Gürcüstanda iqtisadi inkişaf və inklüzivliklə bağlı layihələrə ayrılmalı idi. Bununla belə, tədbirlər müttəfiqlərə, o cümlədən Ukraynaya hərbi yardıma təsir etməyəcək.
Bir məmur portala deyib ki, xarici yardımın maliyyələşdirilməsinin bir hissəsi “diqqətlə yoxlanılmayıb, yaxşı düşünməyiblər”. “Əslində, nəinki onlar (Bayden administrasiyası tərəfindən ayrılan vəsaitlər – red.) fövqəladə hallar kimi təsnif edilə bilməz, həm də yəqin ki, ayrıla biləcək ən aşağı prioritet xərc növlərindən biridir”, - o qeyd edib.
“Semafor” xəbər verib ki, 2023-cü il qanunu ilə təmin edilən təcili maliyyələşdirmənin təxminən 9,4 milyard dolları toxunulmaz qalacaq.
Report

