Icma.az
close
up
RU
“Azərbaycan mətbəxinin xaricdə tanıdılması...” Deputatın təklifinə CAVAB

“Azərbaycan mətbəxinin xaricdə tanıdılması...” Deputatın təklifinə CAVAB

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Sosial Tədqiqatlar Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə "İrəvan xanlığının mətbəxi" kitabının ingilis dili nəşrinin təqdimatı keçirilib.

Təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatı Jalə Əliyeva milli mətbəxin təbliği ilə bağlı maraqlı təklif irəli sürüb.

Deputat bildirib ki, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində milli mətbəxin tanıdılması məqsədilə xüsusi aşpaz ştatları yaradılmalıdır.

"Milli mətbəximiz bizim mədəni kimliyimizin ayrılmaz hissəsidir. Xaricdə ölkəmizi tanıtmağın ən effektiv yollarından biri də mətbəximizdir. Hesab edirəm ki, hər səfirliyimizdə bir aşpaz olmalıdır. Onlar müxtəlif tədbirlərdə Azərbaycan mətbəxini təqdim etməlidirlər”, - deyə Jalə Əliyeva vurğulayıb.

Bəs milli mətbəxin xaricdə tanıdılması məqsədilə Azərbaycan səfirliklərində aşpaz ştatlarının yaradılması təklifi nə dərəcədə effektiv ola bilər? Həmçinin, milli mətbəxin tanıdılması istiqamətində hansı əlavə addımlar atıla bilər?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında "Azərbaycan Kulinariya Mütəxəsissləri Assosiasiyası"nın İcraçı direktoru Fərhad Aşurbəyli bildirib ki, bu kimi təşəbbüslərə sadəcə formal və simvolik yanaşmaq düzgün olmazdı.

O bildirib ki, xaricdəki diplomatik nümayəndəliklərdə azərbaycanlı aşpazların çalışması fikri maraqlıdır:

“Amma bu, təkcə milli yeməklərin bişirilməsi ilə məhdudlaşmamalıdır. Əgər bu təşəbbüs gerçəkləşəcəkdisə, o zaman məsələyə konseptual və kompleks şəkildə yanaşmaq vacibdir.

Aşpaz yalnız səfirliyin tərkibində bir işçi kimi yox, milli mətbəximizin aktiv təbliğatçısı kimi fəaliyyət göstərməlidir. Bunun üçün isə onun ətrafında tədbirlər təşkil olunmalı, yerli televiziyalarda çıxışları, jurnal və qəzetlərdə müsahibə və məqalələri, müxtəlif dadım gecələri keçirilməlidir".

Onun sözlərinə görə, sosial media bu prosesin ayrılmaz hissəsi olmalıdır:

"Maraqlı və müasir tələblərə cavab verən kontentlər hazırlanmalı, aşpazın fəaliyyəti və Azərbaycan mətbəxinə dair məlumatlar sosial şəbəkələrdə paylaşılmalı, yerli bloğerlər və kontent yaradıcıları ilə əməkdaşlıqlar qurulmalıdır.

Yəni məsələ yalnız bir aşpazın haradasa çalışmasından ibarət olmamalıdır. Əgər bu ideya düzgün strukturlaşdırılsa və sistemli şəkildə həyata keçirilsə, Azərbaycan mətbəxinin xaricdə tanıdılması baxımından olduqca faydalı nəticələr əldə edilə bilər".

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Açar sözlər: Mətbəx deputat Fərhad Aşurbəyli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 İyul 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri