Icma.az
close
up
RU
Tramp: “Yaxın Şərqdə sülhə nail olmaq ehtimalımız var”

Tramp: “Yaxın Şərqdə sülhə nail olmaq ehtimalımız var”

Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“İsrail və HƏMAS Yaxın Şərqə sülh gətirəcək razılaşmaya  çox yaxındırlar”

ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS arasında Misirdə Amerika və ərəb vasitəçilərinin köməkliyi ilə Qəzza zolağı və Yaxın Şərqdə sülhlə bağlı davam edən danışıqlarda irəliləyiş olduğunu açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Amerika lideri jurnalistlərlə söhbətində deyib.

"Düşünürəm ki, Qəzzadaki vəziyyətdən kənarda belə, Yaxın Şərqdə sülhə nail olmaq ehtimalımız var. Biz girovların dərhal azad edilməsini və s. istəyirik", - o jurnalistlərə deyib.

Tramp qeyd edib ki, tərəflər “Yaxın Şərqə sülh gətirəcək razılaşmaya  çox yaxındırlar. Hər kəsin buna əməl etməsi üçün əlimizdən gələni edəcəyik".

Öz növbəsində İsrailin Baş naziri Benyamin Netanyahunun sözçüsü “The Times of Israel”ə açıqlamasında “nikbinlik var, lakin bu, çox ehtiyatlıdır” və “HƏMAS hər an əlavə maneələr yarada və geri çəkilə bilər” xəbərdarlığını edib.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari qeyd edib ki, danışıqlarda hələ bir çox detallar üzərində iş aparılmalıdır.

O mətbuat konfransında deyib: "Hələ bir çox detallar üzərində işlənib hazırlanmalıdır. İndiki mərhələdə maneələri müzakirə etmək məqsədəuyğun deyil. Biz danışıqların nəticələrini yaxın günlərdə gözləyəcəyik".

Misirin xarici işlər naziri Bədr Abdelatti jurnalistlərə deyib: “Biz indi həlledici mərhələdəyik və müharibənin sona çatması üçün bu fürsətdən istifadə etməliyik”.

HƏMAS lideri Əl-Haya isə vurğulayıb ki, hərəkat sülh razılaşmasına hazırdır, lakin müharibənin dayandırılması üçün “real təminat” tələb edir.

“Biz müharibəni dayandırmaq, İsrail qoşunlarını Qəzzadan çıxarmaq və Trampın planında nəzərdə tutulan fələstinli məhbuslar müqabilində bütün israilli məhbusları – həm diri, həm də ölü – azad etmək üçün razılığa gəlməyə tam hazır olduğumuzu bir daha təsdiqləyirik”, – Əl-Haya Misirin “Əl-Qahira” televiziyasına deyib.

O əlavə edib ki, “İsrail tarix boyu heç vaxt vədlərini yerinə yetirməyib”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://ayna.az
archiveBu xəbər 08 Oktyabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri