Tramp yenə gözünü Qrenlandiyaya dikdi: Biz onu almalıyıq
Icma.az, Lent az saytına istinadən bildirir.
"Qrenlandiya ABŞ-a beynəlxalq təhlükəsizliyi təmin etmək üçün lazımdır, Vaşinqton onu almalıdır."
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalist Vins Kolianezə müsahibəsində deyib.
"Beynəlxalq təhlükəsizlik üçün Qrenlandiya bizə lazımdır. Biz onu almalıyıq. Və bu, müdafiə və hətta hücum mövqeyi baxımından bizə lazım olan adadır, xüsusən də indiki dünya şəraitində. Ada bizdə olmalıdır. Ona görə də bunu deməyi xoşlamıram, amma biz onu almalıyıq", - Tramp deyib.
Qrenlandiyalıların ABŞ vətəndaşı olmaq istəyib-istəmədiyi ilə bağlı suala isə Tramp belə cavab verib:
"Bilmirəm. Düşünmürəm ki, onlar istəyirlər, amma mən hesab edirəm ki, biz bunu etməliyik və biz onları inandırmalıyıq. Biz o ərazini almalıyıq, çünki onsuz siz bu torpaqların çoxunu lazımi qaydada qoruya bilməzsiniz. Ona görə də biz onu almalıyıq və düşünürəm ki, biz onu alacağıq", - prezident deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 26 Mart 2025 20:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















