Icma.az
close
up
RU
Trampa dedim ki, Ukraynada müharibənin taleyi ondan asılıdır TOKAYEV

Trampa dedim ki, Ukraynada müharibənin taleyi ondan asılıdır TOKAYEV

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Prezident Donald Trampla açıq söhbət elədik. Əminliklə deyə bilərəm ki, o, Qazaxıstana ABŞ-ın mühüm strateji tərəfdaşı kimi yaxşı yanaşır. Biz ən yüksk işgüzar səviyyədə əlaqə saxlamağa söz verdik. Tramp və komandası beynəlxalq siyasətə yeni yanaşmalar tətbiq etməklə məşğuldur. Bütün bunlar dünyadakı vəziyyətə açıq şəkildə təsir edir”.

Azpost.info bildirir ki, bu sözləri Qazaxıstan prezidenti Tokayev “Ana Tili” qəzetinə verdiyi müsahibəsində ABŞın yeni seçilmiş prezidenti ilə telefon danışığını şərh edərkən bildirib.

Tokayev vurğulaıb ki, ötən əsrin 90-cı illərinin ortalarından Qazaxıstan-Amerika münasibətlərinin möhkəmlənməsində iştirak edir. Qarşılıqlı əməkdaşlığın gücləndiyi otuz ildən artıq müddətdə prioritetlər, yəni ticarət-iqtisadiyyat, investisiyalar, nüvə silahlarının yayılmaması və təhlükəsizliyin qorunması sahəsində əməkdaşlıqla bağlı ümumi mövqe formalaşıb.  Ağ Evin yeni rəhbərliyi ilə birlikdə görüləcək işlər bu məsələlərdən asılı olacaq.

“Donald Tramp telefon danışığında Ukraynada hərbi əməliyyatların dayandırılması ilə bağlı fikrimi soruşdu. Bu mənim üçün yeni mövzu deyil. Çünki 2024-cü ildə bir çox dövlət başçıları, beynəlxalq təşkilatlar bu barədə mənə müraciət ediblər. Xüsusi vəziyyət yaranır: Rusiya hərbi baxımdan məğlubedilməzdir, Ukrayna isə Qərbdəki müttəfiqlərinin köməyi ilə müharibədə təslim olmamağa, ən azı uduzmamağa ümid edir. Ona görə də dedim ki, bu problem xüsusilə mürəkkəbdir və onun həlli münaqişəli iki ölkənin liderlərinin və dünya dövlətlərinin lideri kimi Trampın özünün iradəsindən asılıdır”- deyə Tokayev bildirib.

Prezident qeyd edib ki, Qazaxıstan Ukraynada hərbi əməliyyatlar başlayandan bəri sülhün bərqərar olması üçün danışıqların zəruriliyindən danışır: “Biz beynəlxalq arenada Qazaxıstanın potensialına və imkanlarına uyğun hərəkət edirik. Lakin biz beynəlxalq problemlərin həllinə kömək etməyə həmişə hazırıq. Təbii ki, beynəlxalq aləmdəki ağır vəziyyət bizim müəyyən ölkələrlə ticarət və siyasi əlaqələrimizə təsir edir. Ona görə də biz xarici tendensiyaların mənfi təsirini azaltmağa çalışırıq. Qazaxıstan bütün maraqlı dövlətlərlə qarşılıqlı faydalı praqmatik əlaqələr qurmaq niyyətindədir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://azpost.info
archiveBu xəbər 03 Yanvar 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri