Trampa xroniki venoz çatışmazlığı diaqnozu qoyuldu
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp ayaqlarında “yüngül ödem” və qollarından birində qançırlar səbəbindən tibbi müayinədən keçib. Onda 70 yaşdan yuxarı insanlar üçün xarakterik olan vena xəstəliyi aşkar edilib.
Teleqraf xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt ənənəvi brifinq zamanı bildirib.
O, Trampın həkiminin müayinəni ətraflı təsvir edən qeydini paylaşıb.
Bildirilib ki, Tramp ultrasəs müayinəsindən (USM) və damarları əhatə edən "kompleks müayinə"dən keçib. Müayinə 79 yaşlı dövlət başçısında xroniki venoz çatışmazlığı olduğunu müəyyən edib.
Klivlend klinikasının məlumatına görə, bu vəziyyət insanın ayaqlarındakı venaların qanı ürəyə geri vurmaqda çətinlik çəkdiyi zaman yaranır, bu da qanın toplanmasına səbəb olur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 17 İyul 2025 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















