Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

Əldə olan pulu artırmaq üçün bunu edin!

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

La Liqa: Valensiyada triller

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Xroniki hakimiyyət çatışmazlığı sindromu...

Xroniki hakimiyyət çatışmazlığı sindromu...

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev, bildiyiniz kimi, Təhlükəsizlik Şurasının üzvlüyündən də çıxarıldı. Ona verilmiş yüksək dövlət təltifləri də geri alınacaq, buna da şübhə yoxdur. Səbəb məlumdur: Ramiz Mehdiyev dövlətə xəyanətdə, dövlət çevrilişinə cəhddə ittiham olunub.

Mediada, mötəbər informasiya qaynaqlarında Ramiz Mehdiyevin gizli komandasının üzvlərinin adları da çəkilir. Bunlar vurulmuş nazirlər, başqa keçmiş məmurlardır. Aralarında hazırkı deputatlar da var.

Bununla bağlı bəzi məqamlara - baş verənlərin daha çox mənəvi tərəflərinə diqqət edək.

Əvvəlcə, bu fakta baxaq: Azərbaycanın sərnişin təyyarəsi Rusiya səmasında vurulub, onlarla insanımız həlak olub, yaralanıb. Azərbaycan təbii və haqlı mövqe bildirib: törətdiyi əmələ görə üzr istəməyi, günahkarları cəzalandırmağı, zərərçəkənlərə kompensasiya ödəməyi tələb edib. Millət üçün ağır, dövlət üçün çox mürəkkəb bir vəziyyətdə Ramiz Mehdiyev, görün nə edib! O, Rusiya hakimiyyətinə Azərbaycanda dövlət çevrilişinə dair plan göndərib, çevrilişə dəstək istəyib. Hətta düşmənin mərdi də öz düşməninin itkilərinə, faciəsinə sayğı duyur.

Hakimiyyət hərisliyi, yenidən yüksək vəzifə eşqi adamın gözlərini nə qədər tutmalıdır ki, Rusiyanın vurduğu təyyarədə həlak olmuş insanların, öz soydaşlarının qanı üzərindən elə həmin Rusiya ilə çevriliş bazarlığı etməyə çalşsın.

Deməli, belə insanların dəyər hesab etdikləri mənəvi ölçüsü deyil, yalnız maddi ekvivalenti olan nəsnələrdir.

Bu, vurğulamaq istədiyim birinci məqamdır. İkincisinə gəlsək, bu adam 25 ilə yaxın bu müstəqil dövlətin hakimiyyət ierarxiyasında formal olaraq dördüncü, real olaraq vəzifəcə ikinci şəxs olub. Özünə məxsus olan və olmayan səlahiyyətlərə sahiblik edib. Üstəlik 90-a yaxın yaşı var. Bundan sonra ölkənin birinci şəxsi olmaq eşqinə düşmək siyasi qocalıqda kriminal yorğalıq deyilmi?! Eləcə də, onun "komandası" kimi adları çəkilən keçmiş məmurlara baxaq: bu adamlar onsuz da dövlət sistemində çox yüksək vəzifələr tutmuşdular. Bu vəzifələrdən bəziləri strateji postlardır. Əgər sənin bir parçası - üzvü olduğun siyasi komanda hakimiyyətdədirsə, sənə də hansısa bir sahə etibar edilibsə, bir vəzifə verilibsə, ya da heç uyğun görülməyibsə, verilməyibsə, sənin üçün nə fərqi var, sən hansı ierarxik pillədəsən, hansı mənsəbdəsən?! Ac, açıqda qalmayacaqsan ki! Başının üstündə bir dam, süfrəndə bir tikə çörəyin onsuz da olacaq. Nazir, yüksək vəzifəli məmur olmusan, normal, təmiz işləmisənsə, sabiq olduqdan sonra sənə işmi tapılmayacaq?!

Sənin idealların, dünyagörüşün qalibdirsə, layiq oldun, ya olmadın, qadir oldun, ya olmadın, gərək mütləq vəzifə tutasan?! Həm də əvvəlkindən də yüksək olanını.

Misal üçün, siyahıda Eldar Mahmudovun adı çəkilib. Adam ortabab polis zabiti olduğu halda zamanında keçmiş Milli Təhlükəsizlik Nazirliyi kimi strateji bir struktura rəhbər təyin olunmuşdu. Deyək, çevriliş yolu ilə Ramiz Mehdiyevin dəstəsində hakimiyyətə qayıtsaydı, öz profilinə uyğun hansı postu tutacaqdı ki, əvvəlkindən daha mühüm, yüksək olsun?! Yaxud Elmar Məmmədyarov alababat bir diplomat olub; yenidən gəlib nə olasıydı ki?! Doğrudanmı, mühüm dövlət postları tutmuş bu şəxslər bu qədər cılız, xırda hisslərlə yaşayan, bu qədər məhdud kateqoriyalarla düşünən adamlar olub?! Bəlkə də kimsə buna inanmayacaq, ancaq doğrudan da, belə olublar və belədirlər.

P.S. Ərəb xəlifələri öz qardaşlarının gözünü niyə oydururdu? "Burda mənəm, Bağdadda kor xəlifə" deyimi də ordan qalıb. Osmanlıda bir şahzadə taxta çıxanda öz qardaşlarını, qardaşlarının oğullarını edam edirdi və sair. Niyə?! Çünki onsuz da kifayət qədər varidatı, təminatı olan, hakim ailəyə mənsub adamlar hakimiyyət hərisliyinə düşürdülər, ölkədə nizamı pozurdular. Mən illər əvvəl də bu haqda yazmışdım: Xəlifənin qardaşı, yaxud Osmanlı sultanının oğlu məgər öz ailəsinin hakimiyyətində ac qalasıydı?! Yox! Bunlar xroniki hakimiyyət çatışmazlığı sindromuna yoluxmuş, tipik səlahiyyət aclığı keçirən dar düşüncəli, kor zehniyyətli - içindən kiçik adamlar idilər...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Oktyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see960

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see421

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see375

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see358

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see284

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see268

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see257

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see221

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see219

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see215

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see212

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see210

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see208

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see204

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see191

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see186

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see186

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see181

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see173

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri