Trampdan AI paylaşımlar: Kanada və Qrenlandiya ABŞ a “birləşdirildi”
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə süni intellekt vasitəsilə hazırlanmış bir sıra qalmaqallı görüntülər paylaşıb.
Modern.az xəbər verir ki, Trampın “Truth Social” hesabında yayımladığı fotolarda ABŞ Prezidentinin Kanada Baş naziri Mark Karni ilə qarşıdurması, Hörmüz boğazına nəzarəti ələ keçirməsi və İranın məhv edilməsini əks etdirən səhnələr təsvir olunub.
Digər görüntülərdə isə Kanada və Qrenlandiya ABŞ ərazisinin bir hissəsi kimi göstərilib.
Xarici medianın məlumatına görə, Tramp qısa müddət ərzində onlarla süni intellektlə hazırlanmış şəkil və video yayımlayıb. Paylaşımlar arasında ABŞ ərazisinin genişləndirildiyini göstərən xəritələr, İranla bağlı görüntülər və müxtəlif siyasi memlər də yer alıb.
Trampın paylaşdığı xəritələrdən birində Kanada, Qrenlandiya, Meksika və Karib hövzəsinin bir sıra əraziləri ABŞ-ın tərkibində təsvir edilib. Görüntü hər hansı rəsmi açıqlama verilmədən paylaşılıb.
Qeyd edək ki, bu təsvirlər real hadisələri deyil, süni intellekt vasitəsilə yaradılmış siyasi memləri əks etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 07 Sentyabr 2026 23:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















