Trampdan Baydenin övladları ilə bağlı qərar Bunu onlara qadağan etdi
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
ABŞ Prezidenti Donald Tramp keçmiş prezident Co Baydenin övladlarının məxfi xidmət tərəfindən mühafizəsinin dərhal dayandıracağını açıqlayıb.
“AzPolitika” xəbər verir ki, bu barədə Tramp “Truth Social” media hesabından paylaşım edib.
Baydenin oğlu Hunter Baydenin ABŞ-li vergi ödəyicilərinin vəsaitləri hesabına saxlanılan gizli xidmət mühafizəsindən yararlandığını bildirən Tramp, Hunterin 18 qorumasını olduğunu xatırladıb və bunu “absurd” adlandırıb.
Tramp qeyd edib ki, Hunter Bayden hazırda Cənubi Afrikada istirahət edir və o, artıq dərhal qüvvəyə minən bu qərardan sonra məxfi xidmət mühafizəsindən yararlana bilməyəcək.
Co Baydenin digər yetkinlik yaşına çatmış övladı Eşli Baydenin də 13 nəfərlik bir mühafizəyə sahib olduğunu qeyd edən Tramp, onun üçün də artıq belə bir xidmət göstərilməyəcəyini bildirib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 18 Mart 2025 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















