“Təəccüblənirəm...” Trampdan Baydenin xəstəliyinə reaksiya
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
ABŞ-nin sabiq prezidenti Co Baydenə prostat xərçəngi diaqnozu qoyulmasına hazırkı Prezident Donald Trampdan ilk reaksiya gəlib.
Tramp Baydenin xəstəliyinə görə kədərli olduğunu bildirib və diaqnozun niyə gec açıqlandığını sorğulayıb.
"9-cu səviyyəyə gəlmək uzun zaman alır. Bu səbəbdən də xəstəliyin ictimaiyyətə daha əvvəl bildirilməməsinə təəccüblənirəm”, -deyə Tramp bildirib.
Tram həmçinin sağlamlıq testlərindən uğurla keçdiyini qeyd edərək əlavə edib:"Əgər diqqət etsəniz, eyni həkim Co Baydenin də zehni baxımdan sağlam olduğunu demişdi. Onunla bağlı ciddi problem görünmürdü. Ancaq indi vəziyyətin ciddi olduğu bəlli oldu”.
Xatırladaq ki, ötən həftə həkimər tərəfindən Co Baydenə prostat xərçəngi diaqnozu qoyulub.
Mütəxəssislər tərəfindən Gleason skoru ilə (1-dən 10-a qədər olan sistem) aparılan dəyərləndirməyə əsasən, Baydenin xərçəng səviyyəsinin 9 olduğu bildirilib. Bu da xəstəliyin çox irəliləmiş mərhələdə olduğunu göstərir.
“AzPolitika.info”
Baxış sayı:98
Bu xəbər 20 May 2025 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















