Icma.az
close
up
RU
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: Yeni planda Şoyqu detalı

Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: Yeni planda Şoyqu detalı

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı, erməni əsilli Maykl Kavukyanı Norveçə səfir təyin etməsi maraqla qarşılanıb.

Sözügedən vəzifənin həm keçmiş kəşfiyyatçı, həm də erməni əsilli olan birinə verilməsi müzakirələrə səbəb olub. Bəzi iddialara görə, Trampın bu qərarına səbəb Kavukyanın məhz əvvəllər MKİ-nin əməkdaşı kimi çalışmasıdır. Yəni Norveç Danimarkaya yaxın olduğu üçün ora keçmiş kəşfiyyatçını təyin edib. Hətta ABŞ prezidentinin Kavukyana Qrenlandiya məsələsi ilə bağlı məlumat toplamaq tapşırığı verdiyi bildirilir.

Trampın belə bir vəzifənin Maykl Kavukyana tapşırması qərarını nə dərəcədə uğurlu hesab etmək olar?

Globalinfo.az-a danışan siyasi şərhçi Kamran Sultanlı deyib ki, məsələnin Danimarka ilə bağlılığı ola bilər:

“Amma Norveç özü də çox vacib ölkədir. Biz Norveç və Danimarkaya bir çərçivədə baxmalıyıq. Çünki hər iki ölkədə Arktikada gedən rəqabətin tərkib hissəsidir. Digər tərəfdən isə ABŞ Norveçin Tromso adasında yenidən güclənir, burada olan aerodrom təkrar açılıb.

Norveçin yaxınlığında olan Şpisbergen adasında Rusiya ötən il yeni hərbi məntəqələr inşa etdi. O ərazidə nüvə poliqonu yerləşir. 2024-cü ildə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi, keçmiş müdafiə naziri Sergey Şoyqu bu poliqonu ziyarət edib və nüvə təlimlərindən danışıb. O baxımdan Kavukyanın təyinatını həm də Arktikada gedən rəqabət kontekstində dəyərləndirmək lazımdır.

Qrenlandiya bu mübarizənin davamıdır. Trampın bu təyinatı Danimarka başda olmaqla Arktikaya münasibətdə artan diqqəti əks etdirir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 Fevral 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri