Icma.az
close
up
RU
Trampdan gözləntiləri: Hansı sürpizlər gözlənilir?

Trampdan gözləntiləri: Hansı sürpizlər gözlənilir?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-nin yeni seçilən prezidenti Donald Trampın “Truth Social” adı altında yaratdığı sosial media hesabında diqqətçəkən Milad təbriki edib.

Tramp Milad təbrikində yenə ərazi iddialarına işarə edib və solçulara maraqlı mesaj göndərib.

O, açıqlamasında, “Məhkəmə sistemimizə və seçkilərimizə daim mane olmağa çalışan radikal sol çılğınların Milad bayramını təbrik edirəm” deyib.

Milad təbriki mesajı paylaşan Tramp paylaşımında, "Hər kəsə, xüsusən də Panama kanalını sevərək, lakin qeyri-qanuni şəkildə idarə edən Çinin gözəl əsgərlərinin Milad bayramı mübarək" ifadələrinə yer verib. 

Həmçinin, Tramp, “ABŞ-ı daha böyük etmək” üçün cəmi bir neçə gün qaldığını bildirib. 

Qeyd edək ki, Trampın Kanada, Qrenlandiya və Panama kanalı ilə bağlı son şərhləri reaksiyalara səbəb olub.

Baydən isə "xeyirxahlıq və şəfqət" haqqında ənənəvi, mövsümi qısa mesaj göndərib.

Bəs Trampın hakimiyyətə gəlişi dünyada siyasi qütbləşməni gücləndirə bilərmi?

Mövzu ilə bağlı "Cebheinfo.az”-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi ekspert Samir Hümbətov bildirib ki, Trampın ciddi bir təsir edəcəyi və Amerika siyasətini dəyişəcəyini düşünmürəm.

Onun sözlərinə görə, görünən odur ki, Trampın bugünkü hakimiyyəti kifayət qədər lazımi effekti yaratmayacaq:

“Trampın 1-ci hakimiyyətindən artıq onun hansı siyasi xətti tutacağını təxmin etmək olar. Təkcə bu, yalnız xarici siyasətlə bağlı deyil, həm də daxili siyasətdə necə olacağını müəyyən etməyə kömək edir. Amma burada başqa nüans da var. Tramp bu gün Amerika siyasətində ciddi bir fiqurdu. 

Çünki həm biznesmendi, həm də Respublikaçıları arxasına ala bilib.

Trampın 1-ci hakimiyyətindən görünən odur ki, Tramp elə də ciddi bir dəyişiklik edəcək gücdə deyil. O, önəmli fiqur olsa da, gücü ciddi dəyişiklik edəcək dərəcədə deyil. Çünki Trampın özü belə, Amerikada mövcud idarəetmə sistemində bir elementi təşkil edir”.

Siyasi ekspert qeyd edib ki, Tramp haradasa, daxili və xarici siyasətdə əvvəlki müəyyən boşluqları düzəltməyə çalışacaq:

“Belə ki, Tramp 1-ci hakimiyyəti dönəmində hökuməti istədiyi formada əlində saxlaya bilmədi, onu müəyyən mənada izolyasiya etdilər, hətta Pentaqondan ona yalan məlumatlar ötürdülər. Ola bilər ki, bu dəfə təcrübəli olar və o məsələləri aradan qaldırar.

Düşünürəm ki, Avropa, NATO, Çin və Rusiya ilə münasibətlərdə müəyyən bir dəyişiklik ola bilər.

Ola bilsin ki, Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün ciddi cəhdlər etsin. Amma bu Trampım təkbaşına edə biləcəyi bir məsələ deyil. Çünki Amerika “dərin dövləti” ona imkan verməyəcək”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Dekabr 2024 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri