Trampdan iran rəsmiləri ilə bağlı sərt ittiham
Icma.az, Yenisabah saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp İran KİV-ində dərc olunan ABŞ-İran sazişi layihəsinin həqiqətə uyğun olmadığını iddia edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
"İranın media vasitəsilə sızdırdığı şərtlərin yazılı şəkildə razılaşdırılmış şərtlərlə heç bir əlaqəsi yoxdur. Onların dedikləri, o cümlədən sazişin mövcudluğu ilə bağlı zəif və aciz bəyanatlar həqiqəti əks etdirmir. Onlar çox qeyri-dürüst insanlardır. Onlar üçün xoşniyyətli qarşılıqlı fəaliyyət anlayışı mövcud deyil", - deyə Tramp bildirib. Dördpendirli pizza
O həmçinin İranı bir neçə saat əvvəl Hörmüz boğazında Hindistan gəmilərinə hücum cəhdində ittiham edib:
"Onların Hörmüz boğazından çıxan Hindistan gəmilərinə qarşı pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirdiyi və tamamilə dəf edilən hücum qəbuledilməzdir".
Trampın fikrincə, İran hakimiyyəti qısa zamanda daha məsuliyyətli davranmağa başlamalıdır.
Xatırladaq ki, İran və ABŞ arasında münaqişənin nizamlanmasına dair 14 bənddən ibarət memorandumun mətnini "Mehr" informasiya agentliyi dərc edib./Oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 13 İyun 2026 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















