Trampdan Kanadaya sərt ittiham: Faydalanmaq istəyirlər!
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ prezidenti Donald Tramp Kanada ilə davam edən tarif gərginliyi fonunda Ottavanı ABŞ-ın ştatı olmadan ştat statusunun üstünlüklərindən yararlanmaq istəməkdə ittiham edib.
Turkustan.az xəbər verir ki, Tramp sosial media hesabında Kanada ilə ticarət münasibətlərinə dair açıqlama verib. O, Kanadanın illərdir ABŞ fermerlərindən pul aldığını və onları tariflərlə üz-üzə qoyduğunu bildirib.
“Kanada ABŞ-ın ştatı olmadan ştat olmağın faydalarından istifadə etmək istəyir”, – Tramp qeyd edib.
ABŞ-ın təxminən 20 milyard dollar dəyərində Kanada məhsullarına 50 faiz tarif tətbiq etmək qərarından sonra Ottava cavab tədbirləri görəcəyini açıqlayıb. Bununla yanaşı, iki ölkə arasında danışıqların dayandırıldığı bildirilib.
Kanadanın Baş naziri Mark Karni isə ABŞ-a qarşı tətbiq ediləcək yeni tarif tədbirlərinin detallarının yaxın günlərdə açıqlanacağını deyib. Onun sözlərinə görə, yeni tariflər sentyabrın 8-dən qüvvəyə minəcək.
Aytən Yaşar/ Turkustan.az
Baxış sayı:89
Bu xəbər 24 Avqust 2026 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















