Trampdan İran üçün SON XƏBƏRDARLIQ Mümkün hücum planlarını AÇIQLADI FOTO
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp tərəflər arasında aparılan danışıqların uğursuzluqla nəticələnəcəyi halda İranın bütün enerji infrastrukturunu, neft yataqlarını və Xarq adasını darmadağın edəcəyi ilə bağlı xəbərdarlıq edib.
Oxu.Az xəbər verir ki, o, bu sərt bəyanatını "Truth Social" sosial şəbəkəsindəki hesabında yayımlayıb.
"Əgər yaxın zamanlarda hər hansı bir səbəbdən ortaq məxrəcə gəlinməzsə, biz indiyədək qəsdən toxunmadığımız bütün elektrik mərkəzlərini, neft quyularını və Xarq adasını tamamilə partladıb yox etməklə İrandakı fəaliyyətimizə son verəcəyik", - deyə D.Tramp paylaşımında vurğulayıb.
Xarici media orqanlarının yaydığı məlumata əsasən, ABŞ ordusu quru hücumlarına da hazırlıq görür. Bu planlar çərçivəsində Xarq adasının ələ keçirilməsi və Hörmüz boğazı istiqamətində reydlərin aparılması nəzərdə tutulur. Mütəxəssislərin fikrincə, bu ssenaridə ABŞ silahlı qüvvələri üçün ən böyük çətinlik şəxsi heyəti İranın raket hücumlarından və pilotsuz uçuş aparatlarından (PUA) müdafiə etmək olacaq.
Baxış sayı:114
Bu xəbər 30 Mart 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















