Icma.az
close
up
RU
Trampdan QORXUNC XƏBƏRDARLIQ İran ssenarisi Rusiya üçün də REALLAŞDIRILACAQ? ÖZƏL

Trampdan QORXUNC XƏBƏRDARLIQ İran ssenarisi Rusiya üçün də REALLAŞDIRILACAQ? ÖZƏL

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp yaxın zamanda Rusiya lideri ilə görüşəcəyini açıqlayıb. Üstəlik, bugün Avropalı liderlərin Vaşinqtona səfəri də planlaşdırılır. Şübhəsiz ki, Vaşinqtonda əsas müzakirə mövzusu Ukrayna münaqişəsi olacaq.
Digər tərəfdən, uzun müddətdir davam edən Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün aktiv danışıqlara başlanıldıqdan sonra hər iki ölkənin bir-birinə qarşı hücumlarının da artdığı müşahidə edilir.
 

MÖVZU İLƏ BAĞLI:
Avropa liderləri yenidən Vaşinqtona toplaşır


Baş verənlər fonunda ABŞ lideri həm Rusiyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyini, həm də Rusiya lideri ilə yaxın zamanda görüşəcəyini açıqlayıb.
Belə olduğu təqdirdə atəşkəs və sülh nə qədər real görünür?
Ukrayna siyasi elmlər namizədi, politoloq Oleksiy Buryaçenko mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşüb. Politoloq hesab edir ki, atəşkəsin əldə olunması kimi ilk nəticəyə nail olmaq üçün aparılan danışıqlarda maraqlı tərəf, ilk növbədə, Ukraynadır:
“Rusiya isə, öz növbəsində, yalnız danışıqlar prosesinə təşəbbüs göstərməkdə maraqlıdır ki, Tramp ilə dialoqu davam etdirsin, sanksiya paketlərini bloklaya və ya yubada bilsin. Nəticədə Rusiya dinc Ukrayna şəhərlərini bombalamağa davam edə və Qlobal Cənub ölkələri qarşısında “sülhməramlı” rolunu oynaya bilər. Məhz buna görə də Lavrov, Peskov və digər Kreml sözçüləri Ukraynanın İstanbul danışıqlarında diqqəti “proses naminə proses”dən real nəticələrin əldə edilməsinə yönəltmək cəhdlərinə bu qədər əsəbi reaksiya verirlər”.
Buryaçenko hesab edir ki, İstanbulda keçirilən ilk bütün danışıqlarda heç bir real nəticəyə nail olmaq mümkün olmadı.
Bunun əsas səbəbi Rusiya nümayəndə heyətinin destruktiv mövqeyi idi:
“Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Rusiya sülhün yaxınlaşmasına dair qərarlardan gizlənməyi dayandırmalıdır! Doğrudan da, bu məsələdə bütün tərəflər maraqlıdır. Ukraynaya sülh lazımdır, Tramp sülh prosesinin başlanmasını istəyir və Ərdoğan üçün bu, əhəmiyyətli reputasiya qazanmaqla yanaşı, qlobal moderator və sülhməramlı statusunu möhkəmləndirmək deməkdir.
Problem Putin və onun ətrafının ölüm saçaraq müharibəni davam etdirmək istəyindən qaynaqlanır. Amma əslində, o yalnız gücə və məcburiyyətə reaksiya verir. Diplomatiyanı və siyasi həll cəhdlərini isə yalnız öz maraqlarına uyğun gəlmədiyi halda zəiflik kimi qəbul edir”.
Trampın sanksiya xəbərdarlığı
Analitik əlavə edib ki, bu səbəblərə görə Putinin destruktiv mövqeyini nəzərə alaraq Trampın ritorikasının dəyişməsi tamamilə məntiqli və gözlənilən addımdır.
“Trampın sanksiyalar ilə bağlı verdiyi siqnal hələlik sadəcə siyasi mesajdır, amma eyni zamanda potensialı və gücü nümayiş etdirən bir işarədir. İran nümunəsində olduğu kimi, çox daha təsirli və nümayişkaranə olan Ukrayna Təhlükəsizlik Xidmətinin “hörümçək toru” tipli asimmetrik xüsusi əməliyyatlar baş tuta bilər.
 

Onlar düşməni düz ürəyindən vurur və heç bir HHM sistemi bunun qarşısını ala bilməz. Deməli, müasir sivil dünyada əslində Putinə qarşı güclü arqumentlər var. Amma Putinin bunu dərk edib-etməyəcəyi, yalnız zaman göstərəcək”, - deyə O.Buryaçenko əlavə edib.


Xatırladaq ki, iyunun 1-də Ukrayna Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi “Hörümçək toru” əməliyyatı çərçivəsində Rusiya ərazisində yerləşən dörd hərbi aviabazaya 117 dron buraxılıb. Ekspertlərin qiymətləndirməsinə görə, bu hücum Rusiya strateji aviasiyasına indiyə qədər endirilmiş ən böyük zərbə olub. Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) məlumatına əsasən, hücum nəticəsində 40-dan çox strateji hərbi təyyarə zərər görüb.
Tehran Orucoğlu, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Sentyabr 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri