Trampdan İspaniyaya sərt ittiham: Yaxşı NATO üzvü deyil
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp NATO müttəfiqi İspaniyanı sərt tənqid edərək, bu ölkənin alyans qarşısındakı öhdəliklərini lazımi səviyyədə yerinə yetirmədiyini bildirib.
Turkustan.az xəbər verir ki, Şimali Dakotada keçirilən siyasi tədbirdə çıxış edən Tramp deyib ki, Madrid, xüsusilə İrana qarşı hərbi əməliyyatlar və müttəfiqlik öhdəlikləri ilə bağlı kifayət qədər dəstək göstərmir.
"İspaniya NATO üzvüdür, amma yaxşı NATO üzvü deyil", – deyə ABŞ Prezidenti vurğulayıb.
Tramp çıxışı zamanı ABŞ-ın keçmiş prezidenti Teodor Ruzveltin dövründə İspaniyaya qarşı aparılan hərbi əməliyyatları da xatırladıb. O bildirib ki, həmin qələbələrdən sonra İspaniya Kuba, Puerto Riko, Filippin və Quam kimi ərazilər üzərində nəzarətini itirib.
"Hamısı bir vaxtlar onların nəzarəti altında idi. Bu yerlərin onlardan ayrıldığını görəndə tezliklə başa düşəcəklər. Onlar bizə yaxşı davranmırlar", – deyə Tramp əlavə edib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 02 İyul 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















