Icma.az
close
up
RU
Trampdan Maska 134 milyardlıq ZƏRBƏ Köhnə dostlar düşmənə ÇEVRİLİR...

Trampdan Maska 134 milyardlıq ZƏRBƏ Köhnə dostlar düşmənə ÇEVRİLİR...

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son günlər Tramp komandasında çəkişmələr baş qaldırıb. Milyarder İlon Mask Amerika liderinin ticarət və istehsal üzrə baş müşaviri, tariflərin tətbiqi planının hazırlanmasında əsas rol oynayan Piter Navarronu tənqid edib. Öz növbəsində Navarro “Tesla”nın baş direktoru İlon Maskı digər ölkələrdən gələn ehtiyat hissələrindən asılı olan “avtomobil yığan” adlandırıb.

Bundan başqa, milyarder İlon Maskla Tramp arasında gərginlik də böyüyür. Mask birbaşa prezident Trampdan qarşılıqlı əsasda tətbiq etdiyi əlavə idxal tariflərinə yenidən baxmağı xahiş edib. Lakin Tramp Maskın bu xahişini qəbul etməyib.

Onu da qeyd edək ki, Trampın Prezident seçilməsindən sonra İlon Maskın sərvəti 134 milyard dollar azalaraq 300 milyard dollardan aşağı düşüb.

Görəsən, Ağ Evdə nə baş verir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, Maskın Trampdan narazılığı onun yeritdiyi rüsum siyasətindən özünün də kifayət qədər zərər çəkməsilə əlaqədardır:

“Tramp aprelin 2-də əvvəlcədən elan etdiyi rüsumları tətbiq etdi. Bu rüsumlar dünyanın 195 ölkəsinə tətbiq edilib. Prezident bu addımı onunla əsaslandırdı ki, bu ölkələr ABŞ-a qarşı rüsumlar tətbiq edib, ədalətsizliyə yol verib.

Demək olar ki, heç bir yerdə Amerika mallarına rast gəlmək olmur. ABŞ xarici ticarətdə əksər ölkələrlə mənfi saldoya malikdir. Əvəzində isə ABŞ-da Avropa, Yaponiya, Çində istehsal olunan maşınlar və digər məhsullar satılır. Təbii ki, belə vəziyyət Trampı haqlı olaraq narahat edir.

Lakin Trampın atdığı bu addımlar onun əleyhdarları kimi bəzi tərəfdarları tərəfindən də narazılıqla qarşılanıb. Narazılıq edənlərdən biri də Trampın ən yaxın tərəfdaşı hesab edilən İlon Maskdır”.

Tramp güzəştə getmək istəmir...

Həmsöhbətimiz deyir ki, Maskın bu narazılığı onun da Trampın rüsum siyasətindən kifayət qədər ziyan çəkənlərdən biri olması ilə bağlıdır:

“Dünya birjalarında kəskin enmələr yaşanıb. Həmin tendensiyanın bu gün də davam edəcəyi gözlənilir. Təklif edilir ki, ağır nəticələrdən qaçmaq üçün 90 günlüyə rüsum tətbiqi dayansın və danışıqlara başlanılsın.

Ancaq Tramp güzəştə gedənə oxşamır və dediyinin üstündə durmaq niyyətindədir. Tramp iqtisadiyyatdan müəyyən qədər baş çıxarır. Lakin bu cür böhran davam etsə, yəqin ki, Tramp da düşünməyə və müəyyən qədər fasilə verməyə məcbur olacaq.

İndilikdə isə Mask ona təsir etməyə, rüsum siyasətinin təhlükəli olduğunu izah etməyə çalışır. Hələlik bunun nəticəsi yoxdur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 Aprel 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri