Icma.az
close
up
RU
Trampdan Avropaya üç ardıcıl ZƏRBƏ “Köhnə qitə” “nokaut” olacaq?

Trampdan Avropaya üç ardıcıl ZƏRBƏ “Köhnə qitə” “nokaut” olacaq?

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti İranla müharibəni bitirməsindən sonra Avropaya təzyiqləri artırmaq, cəzalandırmaq yolunu tutub. Prezident Donald Trampın son qərarları onu deməyə əsas verir ki, o Avropa ölkələrilə əməkdaşlıq etməkdənsə, təzyiq göstərməkdə daha çox maraqlıdır.
Belə ki, ABŞ Aİ-yə minik və yük maşınlarına görə 25 faizlik tarif tətbiq etmək niyyətindədir. Şübhəsiz ki, Hörmüz boğazının bağlanmasının onsuz da çətin duruma saldığı Avropa iqtisadiyyatı üçün bu qərar növbəti zərbə olacaq.
Həmçinin, Tramp Almaniyadakı 5 minlik hərbi kontingentini çıxarmağa qərar verib. 
Belə vəziyyətdə “köhnə qitə”nin aqibəti necə olacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, “köhnə qitə”ni çətin dövrlər gözləyir:
“Ancaq bu o demək deyil ki, onlar daima kiminsə yedəyində getməlidirlər. ABŞ İkinci Dünya Müharibəsindən üzü bəri Avropanın təhlükəsizliyini öz üzərinə götürüb. Belədə ABŞ NATO ölkələrini siyasi və hərbi cəhətdən səfərbər edə bilirdi. Bu məhz qoruyucu blok idi. Ancaq son illər görürük ki, NATO və Aİ ölkələri də beynəlxalq qaydaları pozaraq bir ucdan Şərq ölkələrinə hücumlar edir”.
Ekspert qeyd edir ki, artıq Vaşinqton Avropanın nazı ilə oynamayacaq:
“İndiki halda isə ABŞ-nin özünün siyasəti dəyişib və bu siyasət Avroatlantik tezisin əsaslarını dağıdır. Nəticədə Vaşinqton Avropaya bəyan edib ki, daha onların nazı ilə oynamayacaq. Bu əsasda da Ağ Ev Avropaya öz qayğılarına özlərinin qalmasını tövsiyə edib. Ukrayna və İran müharibəsini götürsək, görürük ki, dünya nizamı əsaslı şəkildə dəyişdirilir.  ABŞ Qərb yarımkürəsinə çəkilir”.
Həmsöhbətimiz çətin duruma düşsə də, Aİ-nin təslim olacağını düşünmür:
“Avropa İttifaqının, xüsusən də qitənin əsas ölkələri olan Fransa, Almaniya və Böyük Britaniyanın təslim olaraq geri çəkiləcəyini düşünmürəm. Onlar da yeni dönəmin başlandığını anlayır və bu əsasda xarici siyasətlərini yenidən formalaşdıracaqlar. ABŞ olmadan güclənməyə məhkum olduqlarını da başa düşürlər. Bütün bunlar Avropanın milli büdcəsində də öz əksini tapacaq. Güman ki, yaranmış vəziyyətdə Avropa ölkələrində sosial xərclərin həcmi azaldılacaq, hərbi xərclər isə artacaq.
 

Hər halda militarist ruhun gücləndirilməsi heç bir tərəfə üstünlük gətirməyəcək. Düzdür, Avropa ilə Rusiya arasında birbaşa müharibənin qaçılmaz olduğunu da bəyan edirlər. O baxımdan bir çox məsələlər hazırda asılı vəziyyətdədir. Amma bu daim belə qala bilməz.


Artıq Avropa da amerikasız da yaşamağın mümkün və vacib olduğunu başa düşüb. Tramp onları qorxudan addımlara əl atır, rüsumları qaldırır. Avropa da bundan məmnun deyil. Qarşıda maraqlı proseslər gözlənilir. Bu da güc sahibləri arasında olan münasibətlərin yenidən formalaşacağı və yeni müharibələrin alovlanması ehtimalı ilə bağlıdır”.
Rüfət Sultan, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 May 2026 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri