Icma.az
close
up
RU
Trampdan Putinə doğum günü hədiyyəsi… Qanadlı raketlər Ukraynada

Trampdan Putinə doğum günü hədiyyəsi… Qanadlı raketlər Ukraynada

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Ukraynaya “Tomahawk” raketlərinin göndərilməsi barədə qərarını açıqlayıb. “Lakin əvvəlcə bu raketlərlə nə etmək istədiklərini bilmək istərdim. Bunu onlardan soruşacağam” – deməklə Tramp ona işarə edib ki, Ukrayna hansı hədəflərə zərbə endirəcəyini qabaqcadan ABŞ-la bölüşməli və razılaşdırmalıdır. Şübhəsiz ki, belə də olmalıdır, ən azı ona görə ki, ABŞ hərbçilərinin iştirakı olmadan Ukrayna bu raketləri tətbiq edə bilməz. Raketin koordinatlar üzrə hədəfə yönləndirilməsi yalnız amerikalılar tərəfindən edilə bilər.

Tribunainfo.az xəbər verir ki, bu barədə fikir bildirən politoloq Şahin Cəfərlinin sözlərinə görə, Ukraynaya “Tomahawk”ların verilməsi barədə qərar qətiləşərsə, bu, ABŞ-dakı yeni administrasiyanın Rusiya-Ukrayna müharibəsi ilə bağlı siyasətində radikal dönüşün baş verdiyinin təsdiqi olacaq:

“Sülh istiqamətində diplomatik cəhdləri Rusiyanın uzlaşmaz mövqeyi ucbatından baş tutmadıqdan sonra Tramp “Güc vasitəsilə sülh” (Peace through strength) adlanan reyqanist konsepsiyaya keçməyə hazırlaşır.

“Tomahawk” raketləri əsas etibarilə gəmilərdən buraxılmaq üçün hazırlanaraq 1983-cü ildən ABŞ ordusunun arsenalına daxil olub. İlk dəfə 1991-ci ildə Körfəz savaşında İraqa qarşı tətbiq edilib. Raketin dəniz modifikasiyasının atəş məsafəsi 2500 km-dir. Bununla yanaşı, 1800 km məsafəyə uçan “yer-yer” modifikasiyası da var, Ukraynaya məhz bunlardan veriləcəyi gözlənilir.

“Tomahawk” yerdən 30-50 metr yüksəklikdə uçaraq radara çətin yaxalanan yüksək dəqiqliyə malik (hədəfdən yayınma – 5 metr) qanadlı raketdir. Əlbəttə ki, möcüzəvi bir silah deyil, amma bu raketlər Ukraynanın öz istehsalı olan “Flaminqo”larla bərabər raket silahlanması sahəsində Rusiya lehinə kəskin disbalansı tam olmasa da, ciddi şəkildə aradan qaldırmağa imkan verə bilər. Görünür, Tramp düşünür ki, Rusiyanın bu sahədə bariz üstünlüyünü itirməsi onu masada daha konstruktiv mövqe tutmağa sövq edəcək”.

“Putin Ukraynaya hücumun səbəblərindən danışarkən dəfələrlə bildirib ki, “biz bunu etməsəydik, tezliklə ABŞ və NATO Ukraynaya Moskvanı və Sankt-Peterburqu vura biləcək raketlər yerləşdirəcəkdi”. Diktatorun bu bəyanatlarından və Avropanın şərqində böyük müharibə cinayətləri törətməyə başlamasından sonra nə baş verdi? Əvvəlcə Peterburqun yaxınlığındakı Finlandiya NATO-ya qoşuldu və Rusiyanın bu hərbi ittifaqla quru sərhədlərinin uzunluğu iki dəfə artdı, indi də ABŞ prezidenti Ukraynaya qanadlı raketlər göndərməkdən danışır…

İki gün əvvəl Putin onu da bəyan etmişdi ki, Ukraynaya “Tomahawk” verilsə, bu, Rusiya-ABŞ münasibətlərinin sonu olacaq. Lakin belə görünür ki, onun xəbərdarlığı Trampı qorxutmayıb”, – deyə politoloq qeyd edib.

Gülşən Rəsul

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 07 Oktyabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri