Icma.az
close
up
RU
Trampdan gözlənilməz gediş: Putinə elə bir ad günü hədiyyəsi hazırlayıb ki...

Trampdan gözlənilməz gediş: Putinə elə bir ad günü hədiyyəsi hazırlayıb ki...

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Ukraynaya “Tomahawk” raketlərinin göndərilməsi barədə qərarını demək olar ki, verdiyini bildirib. “Lakin əvvəlcə bu raketlərlə nə etmək istədiklərini bilmək istərdim. Bunu onlardan soruşacağam” – deməklə Tramp ona işarə edib ki, Ukrayna hansı hədəflərə zərbə endirəcəyini qabaqcadan ABŞ-la bölüşməli və razılaşdırmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.

O bildirib ki, ABŞ hərbçilərinin iştirakı olmadan Ukrayna bu raketləri tətbiq edə bilməz:

“Raketin koordinatlar üzrə hədəfə yönləndirilməsi yalnız amerikalılar tərəfindən edilə bilər. Ukraynaya “Tomahawk”ların verilməsi barədə qərar qətiləşərsə, bu, ABŞ-dakı yeni administrasiyanın Rusiya-Ukrayna müharibəsi ilə bağlı siyasətində radikal dönüşün baş verdiyinin təsdiqi olacaq. Sülh istiqamətində diplomatik cəhdləri Rusiyanın uzlaşmaz mövqeyi ucbatından baş tutmadıqdan sonra Tramp “güc vasitəsilə sülh” (Peace through strength) adlanan reyqanist konsepsiyaya keçməyə hazırlaşır.

“Tomahawk” raketləri əsas etibarilə gəmilərdən buraxılmaq üçün hazırlanaraq 1983-cü ildən ABŞ ordusunun arsenalına daxil olub. İlk dəfə 1991-ci ildə Körfəz savaşında İraqa qarşı tətbiq edilib. Raketin dəniz modifikasiyasının atəş məsafəsi 2500 km-dir. Bununla yanaşı, 1800 km məsafəyə uçan “yer-yer” modifikasiyası da var, Ukraynaya məhz bunlardan veriləcəyi gözlənilir”.

Ekspert bildirib ki, “Tomahawk” yerdən 30-50 metr yüksəklikdə uçaraq radara çətin yaxalanan yüksək dəqiqliyə malik qanadlı raketdir:

“Əlbəttə ki, möcüzəvi bir silah deyil, amma bu raketlər Ukraynanın öz istehsalı olan “Flaminqo”larla bərabər raket silahlanması sahəsində Rusiya lehinə kəskin disbalansı tam olmasa da, ciddi şəkildə aradan qaldırmağa imkan verə bilər. Görünür, Tramp düşünür ki, Rusiyanın bu sahədə bariz üstünlüyünü itirməsi onu masada daha konstruktiv mövqe tutmağa sövq edəcək.

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya hücumun səbəblərindən danışarkən dəfələrlə bildirib ki, “biz bunu etməsəydik, tezliklə ABŞ və NATO Ukraynaya Moskvanı və Sankt-Peterburqu vura biləcək raketlər yerləşdirəcəkdi”. Diktatorun bu bəyanatlarından və Avropanın şərqində böyük müharibə cinayətləri törətməyə başlamasından sonra nə baş verdi? Əvvəlcə Peterburqun yaxınlığındakı Finlandiya NATO-ya qoşuldu və Rusiyanın bu hərbi ittifaqla quru sərhədlərinin uzunluğu iki dəfə artdı, indi də ABŞ prezidenti Ukraynaya qanadlı raketlər göndərməkdən danışır…

İki gün əvvəl Putin onu da bəyan etmişdi ki, Ukraynaya “Tomahawk” verilsə, bu, Rusiya-ABŞ münasibətlərinin sonu olacaq. Lakin belə görünür ki, onun xəbərdarlığı Trampı qorxutmayıb”.

Əliyar Xəlil
Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Oktyabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri