Trampdan qrenlandiyalıların xahişi ilə bağlı paylaşım VİDEO
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Qrenlandiya sakinlərinin adaların satın almasını xahiş etdikləri videonu yayımlayıb.
Bakupost.az xəbər verir ki, müvafiq paylaşımı o, Truth Social sosial şəbəkəsində edib.
Videomaterial siyasətçinin oğlu kiçik Donald Trampın komandası tərəfindən yanvar ayında adaya səfər zamanı çəkilib.
"Oğlum Don və digər nümayəndələri belə gözəl qarşıladığı üçün Qrenlandiyanın inanılmaz xalqına təşəkkür edirəm. Yaxın zamanda yenidən görüşəcəyik!", - deyə Tramp yazıb.
Qeyd edək ki, Qrenlandiya parlamenti videonu səhnələşdirilmiş adlandıraraq, sakinlərin ABŞ-a qoşulmaq istədiyi təəssüratı yaratdığını bildirib.
"Parlamentin nümayəndəsi Pipaluk Lyunge qeyd edib ki, Qrenlandiya müstəqilliyini qorumaq istəyir", – deyə "Politico" yazıb.
7 yanvarda ABŞ-ın seçilmiş lideri Donald Tramp bəyan edib ki, Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır, çünki o, Çin və Rusiyaya qarşı milli təhlükəsizlik və "azad dünyanın" müdafiəsi üçün strateji əhəmiyyət daşıyır.
Lalə, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 10 Yanvar 2025 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















