Trampdan sərt xəbərdarlıq “Ağıllarına gəlməyən hədəfləri vuracağıq”
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp “Air Force One” təyyarəsində jurnalistlərə müsahibə zamanı İranla bağlı sərt açıqlamalar verib və mümkün hərbi zərbələrin istiqamətlərinə toxunub.
Bakupost.az ABŞ mediasına istinadən xəbər verir ki, Tramp ABŞ İranla bağlı “haraya və nə vaxt zərbə endiriləcəyini çox yaxşı bilirik”, – deyib. Prezident vurğulayıb ki, mümkün hərbi əməliyyatlar zamanı konkret və strateji obyektlər hədəf alınacaq, lakin təhlükəsizlik səbəbilə detalları açıqlamaq niyyətində olmadığını deyib.
“Biz onların ağıllarına gəlməyəcək hədəflərini vuracağıq. Onların ən həssas nöqtələrinin harada olduğunu bilirik. Əgər belə bir qərar verilərsə, zərbələr çox dəqiq və sürətli olacaq”, – deyə Tramp qeyd edib.
ABŞ prezidenti eyni zamanda İranın Vaşinqtonla danışıqlara maraq göstərdiyini bildirib, lakin əlavə edib ki, təzyiq və hərbi variant masadan götürülməyib. Onun sözlərinə görə, İran ABŞ-ın mövqeyini və potensial addımlarını tam şəkildə anlayır.
Tramp ABŞ-ın məqsədinin müharibə olmadığını desə də, İranın davranışlarının regionda təhlükəsizliyə təhdid yaratdığını vurğulayıb və bütün ssenarilərin nəzərdən keçirildiyini vurğulayıb.
İran tərəfi hələlik bu açıqlamalara rəsmi reaksiya verməyib.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Trampdan İrana sərt xəbərdarlıq:
31 Mart 2025 08:35
Trampdan miqrantlara sərt xəbərdarlıq
28 Noyabr 2025 11:57
Trampdan İrana sərt xəbərdarlıq
09 Yanvar 2026 10:24
Güllə atılsa, İranı vuracağıq Trampdan ultimatum
09 Yanvar 2026 07:59
Trampdan Putinə sərt xəbərdarlıq: “Səbrim tükənir!”
12 Sentyabr 2025 17:23
Baxış sayı:62
Bu xəbər 13 Yanvar 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















