Icma.az
close
up
RU
Trampdan miqrantlara sərt xəbərdarlıq

Trampdan miqrantlara sərt xəbərdarlıq

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, Amerika lideri Şükranlıq Gününə həsr olunmuş mətbuat konfransında belə deyib.
“Sığınacaq üçün insanlar ölkəyə gələndə onları çıxarmaq olduqca çətindir - nə qədər çalışsan da, bu, heç vaxt asan deyil. Lakin biz onların hamısını ölkədən çıxarmaq niyyətindəyik”, - ABŞ prezidenti bildirib.
O, Amerika hakimiyyətinin ölkəyə gələnlərin və burada qalanların axınına nəzarət etdiyini söyləyib.
- Onların əksəriyyətinə ehtiyacımız yoxdur. Bir çox əcnəbilər ABŞ-yə qeyri-qanuni yollarla daxil olurlar və öz ölkələri də onlara ehtiyac duymurlar”, - Donald Tramp iddia edib.
Ağ Evin rəhbəri həmçinin “TruthSocial” sosial media platformasında üçüncü dünya ölkələri vətəndaşlarının ABŞ-yə girişini qadağan edəcəyinə söz verib: “ABŞ sisteminin tam bərpasına imkan vermək üçün bütün üçüncü dünya ölkələrindən immiqrasiyanı həmişəlik dayandıracağam”.
Amerika lideri onu da diqqətə çatdırıb ki, Co Baydenin prezidentliyi dövründə ölkəyə gələn bütün qeyri-qanuni mühacirlər “ABŞ üçün təmiz aktiv və ya bu ölkəni sevməyə qadir olmadıqlarına görə” ölkədən qovulacaqlar.
Donald Tramp qeyri-ABŞ vətəndaşlarına bütün federal imtiyazları və subsidiyaları dayandıracağını, “daxili sülhə xələl gətirən” miqrantların vətəndaşlığını ləğv edəcəyini və ictimai ittiham irəli sürən, təhlükəsizliyə təhdid yaradan və ya Qərb sivilizasiyası ilə bir araya sığmayan istənilən xarici vətəndaşı ölkədən çıxaracağı vədini verib.
Xatırladaq ki, Ameürika liderinin açıqlaması noyabrın 27-də Ağ Evin yaxınlığında baş verən atışmadan sonra verilib. Həmin hadisədə Milli Qvardiyanın iki əsgəri yaralanıb, onlardan biri noyabrın 28-də dünyasını dəyişib. Atəş açan şəxs saxlanılıb. Federal Təhlükəsizlik Bürosunun (FTB) məlumatına görə, o, 2021-ci ildə ABŞ-yə mühacirət edən Əfqanıstan vətəndaşıdır.
Ümumiyyətlə, son aylarda Tramp immiqrasiya ilə bağlı sərt mövqe sərgiləyir. O, oktyabrın 1-də başlayan ABŞ-nin yeni maliyyə ilində qaçqınlar üçün kvotanın 125 mindən 7,5 minə endirilməsi planını təsdiqləyib. Trampın bu siyasəti çərçivəsində kütləvi deportasiyalar da nəzərdə tutulur.
Eyni zamanda, Ağ Ev rəhbəri Əfqanıstan, Haiti, İran və Yəmən də daxil olmaqla 12 ölkənin vətəndaşlarına giriş qadağası və daha 7 ölkəyə əlavə məhdudiyyətlər qoyub.
ABŞ prezidentinin bu sərt siyasəti etirazlara səbəb olub. İyun ayında Los-Anceles sakinləri onlarla insanın həbsi ilə nəticələnən immiqrasiya reydlərinə etiraz ediblər. İyunun 7-də axşam saatlarında isə Tramp Milli Qvardiya bölmələrinin şəhərə yeridilməsi əmrini verib.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azvision.az
archiveBu xəbər 28 Noyabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see370

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see307

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see303

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see274

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see268

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see234

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see213

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see178

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see176

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see175

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see172

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see164

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see162

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see159

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see159

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see158

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see154

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see154

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see154

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri