Icma.az
close
up
RU
Trampdan Türkiyəni narahat edən həmlə 3 ölkə 13 trilyona razılaşdı

Trampdan Türkiyəni narahat edən həmlə 3 ölkə 13 trilyona razılaşdı

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqə səfəri Türkiyəyə mənfi təsir göstərə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Haber Global”ın məqaləsində qeyd olunur.

Nəşr yazır ki, səfər ABŞ-ın bölgədə liderliyi ələ keçirməsi məqsədi daşıyır və neoimperial kaptalizmin güclənməsi kimi dəyərləndirilir. Bu, sənəd üzərində diplomatik münasibət, realda isə iqtisadi təhkim prosesidir. Trampın Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə imzaladığı ümumilikdə 12-13 trilyon dollar dəyərindəki razılaşma Türkiyənin regiondakı nüfuzu və təsir imkanlarını məhdudlaşdıra bilər.

Məqaləyə əsasən, Trampın bu razılaşmaları ilk növbədə Çin və Avropa İttifaqını narahat edir, lakin məsələ Türkiyə üçün də risklidir. Xüsusilə müdafiə sənayesi ilə bağlı “Lockheed Martin”, “Raytheon” ve “Boeing” kimi Amerika şirkətləri ilə əldə olunan razılaşmalar regiondakı təhlükəsizlik qalxanının bütövlükdə Vaşinqtonun nəzarətinə keçməsi kimi qiymətləndirilir.

Beləliklə, Trampın Yaxın Şərq siyasəti Türkiyənin uzun müddətdir həyata keçirdiyi “çoxqütblü balans” prinsipinə maneə yaradır. Ankara Körfəz ölkələri ilə son illərdə diplomatik və iqtisadi əlaqələrini inkişaf etdirməsinə rəğmən, bölgədəki proseslərdən kənarda qalmaq təhlükəsi ilə üzləşib. Ağ Ev rəhbərinin ərəb dövlətləri ilə razılaşmalarının Türkiyənin Rusiya ilə münasibətləri, Çinlə nəzərdə tutulan kommunikasiya layihələri və İranla diplomatik əlaqələrinə mənfi təsir göstərə biləcəyi proqnozlaşdırılır. Həmçinin bu, iqtisadiyyatın genişlənməsi ilə bağlı ortaya çıxan bir çox fürsətin də Ankaradan yan keçə biləcəyi mənasına gəlir.

Ayşən Mustafa
Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 May 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see368

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see262

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see257

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see212

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see155

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see148

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see147

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see142

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see139

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see138

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see138

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see138

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see136

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see130

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see127

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see127

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see127

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see126

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see122

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri