Icma.az
close
up
RU
“Türkiyəni narahat edən kürdlər yox, kürd terrorizmidir”

“Türkiyəni narahat edən kürdlər yox, kürd terrorizmidir”

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

“Türkiyə ordusu son günlər Suriyada PKK/YPG-nin mövqelərinə ardıcıl zərbələr vurur. Bunu terrorçu şəbəkənin komandanı “Məzlum Kobani” kod adlı Fərhad Abdi Şahin də ABŞ mediasına etiraf edib. “Davamlı olaraq hücum altındayıq. Güclü artilleriya atəşi var. Bu vəziyyət bizi iflic edib” deyə o bildirib. Türkiyə Suriyada mərkəzi dövlətin qurulmasından başqa, PKK/YPG-nin kökünü kəsmək, terrora son verməkdə qərarlıdır. Son günlər atılan addımlar, PUA hücumları da bunu deməyə əsas verir. Bununla belə, Ankara əməliyyatı istədiyi səviyyədə keçirə bilmir. Söhbət quru əməliyyatlarından gedir”.

Bunu xalqcəbhəsi.az-a politoloq Turan Rzayev deyib.

O qeyd edib ki, rəsmi Ankara ABŞ Prezidenti Donald Trampın səlahiyyətlərini icra etməyə başlamadan PKK/YPG-nin Suriyadakı varlığına son verə bilmədi: “Suriyanın şimal şərqindəki PKK/YPG Donald Trampla Rəcəb Tayyib Ərdoğan arasında əsas fikir ayrılığı hesab olunur. Trampın Ərdoğanla münasibətləri yaxşıdır. Lakin bu məsələdə ortaq məxrəcə gələ bilmirlər. ABŞ YPG-nin dövlətləşməsinə ciddi investisiya ayırıb. Bundan başqa, silah-sursat yardımı davam edir. Vaşinqtonun bu qədər xərcdən sonra geri addım atması çətin görünür. Məsələnin gec-tez Türkiyə ilə ABŞ arasında gərginliyə səbəb olacağı ayındır”.

T.Rzayev bildirib ki, “ötən həftə Suriya Demokratik Qüvvələrinin (SDF) lideri Məzlum Abdi Ərbilə səfər edərək İraq Kürdüstanını idarə edən Bərzani ailəsinin lideri Məsud Bərzani ilə görüşüb: “Məlumata görə, görüş zamanı Bərzani Məzlum Abdiyə tövsiyə edib ki, Türkiyə ilə münasibətlərini düzəltmək üçün PKK-nı Suriyadan çıxartsın, əks halda PKK-nın varlığı Türkiyənin Suriyaya müdaxiləsi üçün zəmin yaradacaq. Bərzaninin bu təklifi ağlabatandır. Çünki özü məhz bu balans siyasəti ilə İraqın şimalını idarə edir. Əslində, Türkiyəni narahat edən kürdlər yox, kürd terrorizmidir. SDF PKK/YPG-ni sıradan çıxartmaq qərarı versə, Ankaranın dəstəyini ala bilər. Buradakı əsas problem SDF-nin İraqdakı kimi yüksək muxtariyyət istəməsidir. Ankara ilə həlli qeyri-müəyyən görünən tək məsələ budur. Görünür, bu da Vaşinqton-Ankara danışığının nəticəsində bəlli olacaq”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:270
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 27 Yanvar 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri