Icma.az
close
up
RU
Trampı impiçment gözləyir:“Müştəri siyahıları” siyasi qalmaqala çevrilir

Trampı impiçment gözləyir:“Müştəri siyahıları” siyasi qalmaqala çevrilir

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Konqresi Prezident Donald Trampa qarşı ittiham irəli sürə bilər. 

Ağ Evin rəhbərinin adı yenidən məşhur “Epşteynqalmaqalı”nda hallanmağa başlayıb. Başlanmış hüquqi araşdırmalar Nümayəndələr Palatasının müzakirəsinə çıxarılsa, o zaman Tramp seksual cinayət törətməkdə ittiham olunacaq. Belə ki, Trampın və Baş prokuror PemBondininpedofilEpşteynin “müştəri siyahılarını” ictimaiyyətdən gizlətdiyi bildirilir. 

Tramp Epşteynin müştəri siyahısında öz adının ola biləcəyindən ehtiyatlanaraq məsələni ört-basdır etməyə çalışmaqda ittiham olunur. Onun Epşteynlə birlikdə çəkilmiş arxiv fotoşəkilləri və keçmişdəki əlaqələri artıq ictimaiyyətin gündəmindədir. Konqresdəki respublikaçıların bu məsələdə Trampın əleyhinə çıxması prezident üçün yaxşı heç nə vəd etmir.

Nümayəndələr Palatasının spikeri MaykConson mərhum pedofilCefriEpşteynlə bağlı hökumət sənədlərinin yayımlanmasınıdəstəklədiyinibildirib. Onun bu mövqeyi Prezident Trampla açıq şəkildə ziddiyyət təşkil edir. 

MühafizərpodkasterBeniConsonMaykConsondan Ədliyyə Nazirliyindən sənədlər əldə etmək üçün Konqresin səylərini dəstəkləyəcəyini, yoxsa məhkum edilmiş Epşteynin cinayət ortağı QisleynMaksveli məhkəməyə çağıracağını soruşub: 

Spiker bu suala “Mən şəffaflığın tərəfdarıyam” cavabını verib. “Bu, çox həssas məsələdir. Lakin biz bunu ortaya çıxarmalı və insanlara qərar vermək şansı yaratmalıyıq”,- deyə Nümayəndələr Palatasının sədri əlavə edib. Palatanın azlıq lideri Hakim Cefri Trampı və Bondini həqiqəti gizlətməkdə günahlandırıb. O bildirib ki, əgər gizli heç nə yoxdursa, siyahılar dərhal açıqlanmalıdır. 

Senat isə Epşteyn işi ilə bağlı bütün sübutların saxlanılması və ictimaiyyətə təqdim olunması tələbi ilə qanun layihəsinə dəyişiklik təklif edib. Müşahidəçilər hesab edir ki, bu qalmaqal Trampın siyasi gələcəyinə ciddi zərbə vura bilər. Bu, Trampın ən yaxın tərəfdarlarından ibarət “MAGA” daxilində dəstəyini itirməsi, 2026-cı il aralıq seçkilərində respublikaçıların Konqresdə çoxluğu qoruyub saxlamaq imkanlarını azaldacaq. Federal Təhqiqatlar Bürosu və Ədliyyə Nazirliyi ötən həftə mübahisəli, imzasız bir bəyannamə ilə “Epşteynişi”nəsistematli baxışın tamamlandığını elan edib. 

Təhlil zamanı 2019-cu il avqustun 10-da Manhetten həbsxanasında ölən Epşteynin yüksək profilli şəxsləri şantaj etdiyinə dair hər hansı etibarlı dəlil tapılmayıb. Əgər Konqresdəki respublikaçılar “Epşteyn işi” üzrə Donald Trampa qarşı şübhəli şəxs qismində kampaniyaya qoşulsalar bu, prezidentə qarşı cinayət təqibinin başlanılması üçün hüquqi əsas yaradacaq. 

2026-cı ildə keçiriləcək aralıq seçkilərdə Respublikaçılar Partiyası mövcud üstünlüyü itirərsə, demokratlar Trampı cinsi zorakılıq cinayətində iştirakda və onu gizlətməkdə ittiham edərək impiçment proseduru başlada bilər. Artıq respublikaçıların bir hissəsi də “Epşteyn işi” üzrə şəffaflığın təmin olunmasını tələb edir. Ona görə də seçkilərdən sonra ABŞ Prezidentinə qarşı impiçment elan olunacağı istisna edilmir. 

Müşfiq Abdulla
"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 İyul 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri