Icma.az
close
up
RU
Ankarada Trampı qızı gözləyir

Ankarada Trampı qızı gözləyir

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Beynəlxalq birlik ABŞ Prezidenti Donald Trampın Ankarada keçirilən NATO sammitində liderlərlə aparacağı kritik danışıqlara fokuslansa da, Türkiyə paytaxtında tam fərqli bir gündəm yaranıb. Səbəb isə Ankarada yaşayan Necla Özmen adlı qadının ortaya atdığı və məhkəmə müstəvisinə daşıdığı iddiadır. O, bioloji atasının Donald Tramp olduğunu deyir. 

Modern.az-ın araşdırmasına görə, Necla Özmen Ankara 27-ci Ailə Məhkəməsinə müraciət edərək atalığın müəyyən edilməsi tələbi ilə iddia qaldırıb. O, illər öncə anası ilə Donald Tramp arasında gizli münasibətin olduğunu və bu əlaqədən dünyaya gəldiyini irəli sürüb. Sosial şəbəkələrdə isə artıq neçə vaxtdır ki, Necla Özmen ilə Trampın fiziki bənzərliyi, xüsusilə də saç və üz cizgiləri geniş müzakirə olunur.

Lakin məhkəmə kifayət qədər sübut və dəlil olmadığı əsası ilə iddianı rədd edib. Necla isə qərardan apellyasiya şikayəti verib və hüquqi mübarizəsini ikinci raunda daşıyıb. 

Bu gün rəsmi təmaslar üçün Türkiyəyə gələn Donald Trampı rəsmi Ankara qəbul edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarını Bakı vaxtı ilə saat 16:00-da qarşılayacaq.

Atası olduğunu iddia etdiyi şəxsin şəhərinə gəldiyini bilən Necla Özmen hərəkətə keçib və Trampla şəxsən görüşmək üçün xüsusi bir məktub hazırlayıb. Maraqlıdır, görəsən Necla mühafizə divarlarını aşıb "ata"sı Trampla görüşə biləcəkmi?

Qeyd edək ki, məhkəmə ilkin mərhələdə kifayət qədər dəlil olmadığına görə Trampdan məcburi DNT testi alınması barədə qərar çıxarmayıb. Həm də elə görünür ki, Ağ Ev rəhbərindən bioloji nümunə almaq o qədər də asan məsələ deyil. Diplomatik kulislərdə gəzən iddialara görə, ABŞ xüsusi xidmət orqanları Trampın DNT-sinin kənar şəxslərin və xarici kəşfiyyatın əlinə keçməməsi üçün unikal təhlükəsizlik tədbirləri görürlər. Bu iddialardan ən qəribəsi isə Trampın səfər etdiyi ölkələrə özü ilə bərabər şəxsi tualetini də gətirməsidir. Məqsəd isə geridə heç bir bioloji iz belə buraxmamaq.

Bütün bu fövqəladə gizlilik və ciddi mühafizə şəraitində Ankara məhkəmələrində haqqını axtaran türk qadınının dünya nəhəngi ilə üz-üzə gəlib-gəlməyəcəyi, yaxud o məktubun Trampın masasına qoyulub-qoyulmayacağı yaxın saatlarda bəlli olacaq. Siyasətin kölgəsində qalsa da, uzaq məsafəli ailə dramı NATO sammitinin ən çox danışılan kulis xəbərinə çevrilməyə namizəddir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 İyul 2026 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see443

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see329

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see325

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see319

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see311

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see280

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see279

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see275

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see274

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see265

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see264

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see264

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see264

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see261

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see243

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see242

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see240

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see215

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see204

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri