Icma.az
close
up
RU
Cərimələr insanları mənfi davranışlardan ÇƏKİNDİRİR?

Cərimələr insanları mənfi davranışlardan ÇƏKİNDİRİR?

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son vaxtlar ölkəmizdə bəzi cərimələrin artdığını müşahidə edirik. Cərimələrin artması praktiki olaraq bir çox ölkələrdə mövcuddur və bu addım insanları mənfi davranışları həyata keçirməkdən müəyyən qədər çəkindirir.
Amma cərimələrin məbləğinin çox olması narahatedici məqamlar sırasındadır.
Hüquqşünas Aytac Qurbanova məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında bildirib ki, cərimələr hüququn yalnız sanksiya aləti deyil, eyni zamanda, ictimai nizamı qorumaq üçün güclü bir vasitədir. O, ölkəmizdə müəyyən olunan cərimələri  beynəlxalq təcrübə ilə müqayisə edib:
“İsveçrədə radar cərimələri sürücünün illik gəlirinə uyğun olaraq tənzimlənir. Bu yanaşma hər kəs üçün eyni dərəcədə təsirli bir sistem yaradır. Məsələn, yüksək gəlirli şəxslər üçün bu cərimələr yüz minlərlə avroya çata bilər. Azərbaycanda mobil telefon istifadə edən sürücülərə tətbiq olunan cərimələr orta aylıq əmək haqqının təxminən 5%-nə bərabərdir. Bu rəqəm bəzi Avropa ölkələrinə nisbətən daha yüksəkdir. Məsələn, İspaniyada bu nisbət 8.5%, Gürcüstanda isə cəmi 0.4%-dir. Bu müqayisələrdən göründüyü kimi, Azərbaycanın cərimə sistemində sabit məbləğlərin tətbiqi cəmiyyətin müxtəlif təbəqələri üçün fərqli təsirlər yaradır, lakin bu yanaşma intizamı qorumaq üçün effektiv vasitə kimi çıxış edir”.
Sosioloq Elçin Bayramlı isə hesab edir ki, bəzi cəmiyyətlərin cəzasız tənzimlənməsi mümkün deyil:
“Təəsüf ki, tarix boyu, bütün ölkələrdə insan cəmiyyətində cəzasız keçinmək mümkün olmayıb. Cəza mütləq olsa da, onun xarakterinə diqqət etmək, cəmiyyətin sosial-psixoloji vəziyyətinə uyğun sistem qurmaq lazımdır. Bəzən qayda pozuntuları təsadüfən baş verir. Bəziləri isə məqsədli və yaxud məcburiyyətdən yaranır. Bəzi cəmiyyətlərdə bu halın həll edilməsi üçün maarifləndirmə tədbirləri rol oynayır. Amma elə cəmiyyətlər var ki, orada maarifləndirmə işləri heç  bir işə yaramır, buna görə də cəza üsulu meydana gəlir”.
“İlk olaraq, şəraiti yaratmaq, daha sonra tələb etmək lazımdır”.
Müsahibimizin fikirlərinə görə cərimə vacibdir, amma onun xarakterinə baxmaq lazımdır:
“Qəsdən törədilən, cəmiyyətə zərər vuran hallarda cərimələr 2-ci, 3-cü dəfə törədildikdə adekvat formada olmalıdır. Yəni, cərimələr insanları maarifləndirməli, tərbiyə etməlidir”.
Elçin Bayramlı dünyada tətbiq olunan cəza üsullarının ölkəmizdə də tətbiq olunmasının tərəfdarıdır. O düşünür ki, hər qayda pozuntusunda cərimə tətbiq olunmamalıdır.
“Cərimələr bəzən imkanı olan şəxslər üçün problem deyil.   Çünki o qaydanı pozub, pulunu rahatlıqla ödəyəcək. Buna görə də cərimələrin tətbiq edilməsi məqsədə xidmət etmir. Ancaq qaydanı pozan şəxsi hər hansı bir yerdə sosial işə cəlb etmək şəxsin əməyi vasitəsilə vurduğu ziyanı ödəməsi daha ciddi təsir göstərər. Cərimələrin miqdarı da həmin ölkənin sosial-iqtisadi göstəricilərinə uyğun olmalıdır. Hər hansı bir pozuntuya görə vətəndaşın bir aylıq gəliri alınmamalıdır”.
Nəzrin Mirzəyeva, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Fevral 2025 08:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see302

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see268

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see255

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see252

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see245

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see239

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see238

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see237

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see236

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see234

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see233

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see226

Məşhur reper Bakıya gəlir

20 Sentyabr 2026 01:55see224

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see223

“Biz və bizim dağlar”: Sənət əsəri, yoxsa separatizmin simvolu?

19 Sentyabr 2026 20:47see202

Olqa Buzova əməliyyatdan qalan izlərini gizlətdiyini açıqladı

20 Sentyabr 2026 05:14see202

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see190

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

20 Sentyabr 2026 05:14see188

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see186

Asfalt örtüyü dəyişdirilən yolların xətlənməsi niyə yubanır? Video

20 Sentyabr 2026 04:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri