Trampı məyus edən manevr: İran zərbələrdən əvvəl uranı Fordodan çıxarıb Zərbə boşa getdi?
Icma.az, Milli.az saytına istinadən bildirir.
ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən öncə Tehran Fordo nüvə kompleksindən zənginləşdirilmiş uranın böyük hissəsini təxliyə edib.
Milli.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi İranın yüksək vəzifəli rəsmisinə istinadla məlumat yayıb.
Məlumata görə, Tehrandan təxminən 150 kilometr cənubda, Qum şəhəri yaxınlığında yerləşən, 80-90 metr dərinlikdə inşa olunmuş Fordo uran zənginləşdirmə obyektindən həm maddi resurslar, həm də şəxsi heyətin əksəriyyəti təxliyə edilib.
Qeyd edək ki, iyunun 22-də ABŞ Hərbi Hava Qüvvələri İranın əsas nüvə infrastrukturlarına - Fordo, Natanz və İsfahanda yerləşən obyektlərə hava və raket zərbələri endirib. ABŞ Prezidenti Donald Tramp əməliyyatla bağlı açıqlamasında, əgər Tehran təslim olmazsa, hücumların davam edəcəyini bəyan edib.
İran isə bu addımı beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulması kimi qiymətləndirərək, öz suverenliyini və xalqını müdafiə etmək üçün bütün imkanlardan istifadə edəcəyini bildirib. Bu barədə ölkənin xarici işlər naziri Abbas Əraqçi rəsmi açıqlama verib.
Kənan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 22 İyun 2025 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















