Icma.az
close
up
RU
ABŞ ın daxilində Trampı ağır zərbə gözləyir

ABŞ ın daxilində Trampı ağır zərbə gözləyir

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaxın aylarda Donald Trampı ABŞ daxilində son dərəcə ciddi siyasi zərbə gözləyir. Respublikaçıların Nümayəndələr Palatasını itirməsi artıq təkcə 2026-cı ilin noyabr ara seçkiləri ilə bağlı ehtimal deyil, bu prosesin daha tez baş vermə ehtimalı kifayət qədər yüksəkdir.

Axar.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov bildirib.

Onun sözlərinə görə, 2024-cü il seçkilərində respublikaçılar mümkün olan hər şeyi qazandılar:

“Ağ Ev, Senat və Nümayəndələr Palatasını. Beləliklə, Tramp faktiki olaraq bütün hakimiyyət qollarını öz əlində cəmləşdirdi. Ancaq o vaxt çoxlarının diqqət yetirmədiyi, bu gün isə həlledici əhəmiyyət daşıyan bir nüans var idi. Nümayəndələr Palatasında üstünlük son 100 ildə ən minimal səviyyədə idi - demokratların 215, respublikaçıların isə cəmi 220 səsi var idi.

Nümayəndələr Palatasının əhəmiyyətini 3 sözlə ifadə etmək olar: ABŞ-ın pul kisəsi. Bu Palatanın razılığı olmadan federal büdcədən 1 dollar belə xərclənə bilməz.

Son 1 il ərzində hər iki partiya 2 üzv itirdi.

Respublikaçılar: Marjori Teylor Qrin Trampla açıq qarşıdurmaya girərək istefa verdi, 6 yanvar 2026-cı ildə konqresmen Duq LaMalfa vəfat etdi;

Demokratlar: Mikki Şerril Nyu Cersi ştatının qubernatoru seçilmək üçün Palatanı tərk etdi (və seçildi), konqresmen Silvester Terner vəfat etdi.

Nəticədə səs balansı 218–213 respublikaçıların xeyrinə formalaşdı”.

Politoloq vurğulayıb ki, respublikaçıların daxilində Trampla açıq qarşıdurmada olan daha bir fiqur var - Tomas Massi:

“O, prinsipial olaraq bir çox əsas məsələlərdə partiya xəttinə qarşı səs verir. Praktiki baxımdan bu, respublikaçılar üçün "minus 1 səs" deməkdir.

Beləliklə, real vəziyyət: 217–213.

Qarşıdan gələn seçkilər

Texas, 18-ci dairə - 31 yanvar

İkinci turda hər iki namizəd demokratdır deyə, seçkilərdən sonra balans: 217-214 olacaq.

Nyu Cersi, 11-ci dairə - 16 aprel

Respublikaçıların bu dairədə şansı faktiki olaraq 0-dır və seçkilərdən sonra balans 217-215 olacaq.

Corciya, 14-cü dairə - 10 mart

Demokratlar güclü namizədlə bu yeri qazanmağa çalışırlar.

Kaliforniya, 1-ci dairə

Duq LaMalfanın ölümündən sonra yer boşalıb. Namizədlər hələ irəli sürülməsə də, 2024-cü ilin noyabrından sonra respublikaçıların ardıcıl məğlubiyyətlərini nəzərə alsaq, bu dairəni də itirmə ehtimalları var.

Əgər demokratlar Corciya və Kaliforniyada qalib gəlsələr, səs balansı 217-217 olacaq.

Senatda 50-50 bərabərlik olduqda həlledici səsi vitse-prezident verir və qərar hakim partiyanın xeyrinə qəbul olunur. Nümayəndələr Palatasında isə bu mexanizm yoxdur. Burada səs bərabərliyi qərarın qəbul edilməməsi deməkdir.

Digər bir önəmli məqam var: 2026-cı ilin noyabr ara seçkiləri ərəfəsində 44 konqresmen vəzifəsini tərk etməyi planlaşdırır. Onların təxminən 2/3-i respublikaçıdır. Bu isə o deməkdir ki, respublikaçıların Palatada çoxluğu seçkilərdən əvvəl belə itirmə ehtimalı çox yüksəkdir.

Nümayəndələr Palatasının itirilməsi Tramp üçün avtomatik olaraq:

- Qanunvericilik blokadası;

- Büdcə nəzarətinin əldən çıxması;

- Siyasi təzyiqlərin kəskin artması deməkdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 Yanvar 2026 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see303

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see288

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see265

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see261

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see256

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see249

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see247

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see245

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see229

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see222

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see213

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see212

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see209

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see208

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see207

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see206

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see204

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see188

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see173

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri