Icma.az
close
up
RU
Trampın 30 günlük planı hədəfə çatmadı Ukrayna səmasında qara gecədir

Trampın 30 günlük planı hədəfə çatmadı Ukrayna səmasında qara gecədir

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

“Tramp Rusiyaya qarşı siyasətdən imtina edərsə, daxili təzyiqlər artacaq və onun hakimiyyətdən devrilməsi, hətta həbsi gündəmə gələ bilər”


Mayın 26-sı gecə Rusiya Ukraynaya 364 hava vasitəsilə hücum edib. Bu barədə Ukrayna Hava Qüvvələri məlumat yayıb. Məlumatda qeyd olunub ki, Rusiya istiqamətində  Ukraynaya 355 PUA və 9 qanadlı raket buraxılıb: "9 raket və 288 PUA hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub, 55 PUA-nın isə istiqaməti dəyişdirilib". Rusiyanın Ukraynaya, konkret Kiyevə hücumu ciddi rezonans doğurub. Fransa Prezidenti Emmanuel Makron deyib ki, Rusiya rəhbəri V.Putin ABŞ başçısını aldadır: “Ukraynada baş verənlər qəbuledilməzdir və son dərəcə ciddidir. Eyni zamanda danışıqlara və bomba atmağa hazır olduğunu demək olmaz. Düşünürəm ki, Prezident Tramp başa düşür ki, Putin sülhə hazır olduğunu deyəndə ona yalan danışıb. Son saatlar Donald Trampın qəzəbinin təzahürünün bir daha şahidi olduq. Bu, bir növ səbirsizlikdir. İndi mən bunun konkret fəaliyyətə çevrilməsini istəyirəm”. Almaniya kansleri Fridrix Merz deyib ki, Britaniya, Fransa, ABŞ və indi də Almaniya Ukraynaya hərbi təchizatla bağlı məhdudiyyətləri aradan qaldırıb. Onun sözlərinə görə, Kiyev Rusiya ərazisindəki mövqelərə uzaqmənzilli silahlarla hücum edə bilər: "Artıq Ukraynaya tədarük edilən silahlara dair heç bir mənzil məhdudiyyəti yoxdur - nə ingilislər, nə fransızlar, nə biz, nə də amerikalılar. Bu o deməkdir ki, Rusiya ərazisindəki hərbi mövqelərə zərbələr endirməklə Ukrayna indi özünü müdafiə edə bilər. Müəyyən bir vaxta qədər o, bunu edə bilməzdi". Kanslerin sözlərinə görə, indi Ukraynanı bu silahlarla təmin etmək lazımdır.


Gərginləşən durumu şərh edən politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında bildirib ki, Rusiyanın Kiyevə kütləvi PUA və raketlərlə hücumu Putinin atəşkəsdə maraqlı olmadığını nümayiş etdirir. Ekspertin sözlərinə görə, İstanbul danışıqlarından sonra ikinci raund danışıqlar fonunda belə bir hücum Kremlin atəşkəsə yalnız öz şərtləri ilə gedəcəyinin mesajıdır: 


"Rusiyanın bu hücumu ABŞ Prezidenti D.Trampın 30 günlük atəşkəs şərtinin Putin tərəfindən rədd edilməsidir. Tramp Kiyevə kütləvi raket hücumuna cavab verərək, Putini dəlilikdə ittiham edib. Ağ Ev rəhbəri Putinin atəşkəsdə deyil, müharibəni davam etdirməkdə maraqlı olduğunu qəbul edib. Bir neçə gündən sonra sabiq Prezident Co Baydenin Ukraynaya göndərdiyi silahlar bitəcək". 


Analitik hesab edir ki, Rusiyanın bu hücumu Trampın Ukraynaya hərbi yardımları davam etdirməsi ilə nəticələnə bilər:

 "ABŞ Konqresində Respublikaçılar Rusiyaya sərt mövqe sərgiləməyə başlayıb. Konqresin təzyiqi və Rusiyanın artan hərbi təzyiqləri fonunda Trampın Ukraynaya hərbi yardımları intensivləşdirməsi mümkündür. Əgər Vaşinqton prosesdən uzaqlaşarsa, Çinin qarşısında strateji məğlubiyyətə uğrayacaq. Ona görə Konqres, Pentaqon və Dövlət Departamenti Trampa Ukraynaya hərbi yardımları intensivləşdirməsi üçün təzyiqlər edə bilər. Tramp Rusiyaya qarşı siyasətdən imtina edərsə, daxili təzyiqlər artacaq və onun hakimiyyətdən devrilməsi, hətta həbsi gündəmə gələr". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 May 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri